ÜST Hindistan ştammını “narahatlıq doğuran variant” elan edib
11.05.2021 09:42

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun ilk dəfə Hindistanda rast gəlinən B.1.617 mutasiyasını “narahatlıq doğuran variant” elan edib.

 

Aztibb.az xəbər verir ki, beynəlxalq təşkilatın eksperti Maria Van Kerkhove B.1.617 mutasiyasının müəyyən qədər peyvəndlərə qarşı resistent olduğunu bildirib. O qeyd edib ki, məhz bu səbəbdən ÜST bu mutasiyanı “narahatlıq doğuran variant“ hesab edir.

 

Həmçinin bildirilib ki, aparılan müşahidələr bu mutasiyanın Hindistanda rast gəlinən digər koronavirus variantları ilə müqayisədə, daha sürətlə yayıldığını göstərir. Hindistan hələ ötən ilin oktyabr ayında Bütün İnfluenza Məlumatlarının Paylaşılması üzrə Qlobal Təşəbbüsün (GISAID) məlumat bankına ilk dəfə B.1.617 genomu informasiya verib. Aprel ayının sonuna kimi ÜST bu mutasiyanı “maraq doğuran variant“ səviyyəsində qiymətləndirsə də, artıq onun təhlükəsi tam şəkildə qəbul olunub.

 

Qeyd edilməlidir ki, hazırda koronavirus pandemiyasının ikinci dalğası 1,36 milyard əhalisi olan Hindistanda bütün şiddəti ilə tüğyan edir. Ölkənin səhiyyə sistemi ağır vəziyyətdədir və B.1.617 mutasiyası daha da kəskinləşməsində ciddi rol oynayır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır