Sağlam qidalanmaq və arıqlamaq istəyənlər üçün antioksidant deposu -BADAM
10.05.2021 13:16

Daha sağlam qidalanmaq və arıqlamaq istəyənlər üçün badam çox xeyirlidir. Çiy və ya qovrulmuş badamları yeyə və ya şirniyyatlara, yeməklərə əlavə etmək mümkündür.

 

Aztibb.az tibbi mənbələrə istinadən badamın faydalarını təqdim edir.

 

Antioksidant Deposu.

Antioksidantlar vücudumuzu oksidatif stres və vücud hüceyrələrimizə zərər verə biləcək sərbəst radikallardan qoruyur. Badam zəngin antioksidant qaynağıdır və onların çoxu qəhvərəngli badamın qabığında olur.

 

2. Qan xolesterolunu yaxşılaşdırır.

Badamdakı yağ doymamış yağdır. Bu cür yağlar LDL (pis) xolestrolu artırmaz.

 

3. Qan şəkərini normaya salır.

Badam karbohidrat baxımından zəif, protein və lif baxımından isə zəngindir. Badamdakı maqnezium qan şəkərini nəzarət etməyə və insulin funksiyasını yaxşılaşdırar.

 

4. Arıqlamağa kömək edir.

Yağ miqdarı nisbətən yüksək olmasına baxmayaraq badam çəki verməyə kömək edər. Protein və lif tərkibi iştahanızı azaldar.

 

5. E vitamini qaynağıdır.

Badam bir çox çərəzlərdən daha yüksək miqtarda E vitamini tərkiblidir. 

 

6. Sümük gücünü artırır.

Mütəxəssislər badamların sümük sağlamlığı üçün faydalı olduğunu deyirlər.

 

7. Qan təzyiqini aşağı salır.

Yüksək təzyiq infarkt və insult kimi problemlərə yol açır. Araşdırmalar maqnezium qəbulunun yüksək təzyiq riskini azaltdığını göstərir.

 

8. Toxluq hissini artırır.

Protein, sağlam yağlar və lif baxımından yüksək, amma karbohidrat miqdarı aşağı olan badam, toxluq hissini artırır.

 

9. Göz sağlamlığında faydalıdır.

E vitamini tərkibli badam göz sağlamlığı üçün önəmli rol oynayar.

 

10. Dərini qidalandırır.

Badamın dəri üçün bilmədiyiniz faydaları vardır. Badam üz və kosmetik vasitələrin ayrılmaz bir parçasıdır.

 

11. Yaddaşı gücləndirir.

Badam tərkibi yaddaşı gücləndirir və beyinin fəaliyyətini yaxşılaşdırır.

 

12. Anemiyanın müalicəsində faydalıdır.

Badam anemiyanın qarşısını almaq üçün lazımlı olan dəmir, mis və yetərli hemoqlobin artıran vitamin tərkiblidir.

 

13. Qlütensizdir.

Badam qlüten allergiyası olanlar üçün faydalıdır.

 

14. Enerji qaynağıdır.

Badam yeməklə gün ərzində daha enerjili olmaq mümkündür.

 

15. Öd daşının yaranmasının qarşısını alır.

Badam öd kisəsinin və qaraciyərin problemsiz işləməsini təmin edərək öd daşlarının yaranmasının qarşısını alır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev