Keçəl kişilərin COVID-19-a yoluxma riski daha çoxdur – ARAŞDIRMA
09.05.2021 16:36

ABŞ-ın Kaliforniya əyalətindəki “Applied Biology” elmi mərkəzinin tədqiqatçıları keçəl adamların koronavirusa yoluxma ehtimalının keçəl olmayanlarla müqayisədə 2,5 dəfə çox olduğunu açıqlayıblar.

 

Aztibb.az xəbər verir ki, androgenetik alopesiya (kişi tipi saç tökülməsi) adlanan irsi saç tökülməsi 50 yaşdan yuxarı kişilərin yarıdan çoxunda rast gəlinir. Tədqiqatçılar bu kimi saç tökülməsi xəstəliyi olan kişilərin koronavirus infeksiyasına qarşı daha həssas olduğunu müəyyən ediblər. Tədqiqat qrupu, həmçinin araşdırmanın nəticələrinin COVID-19-un müalicəsi üçün yeni imkanlar aça biləcəyini söyləyiblər.

 

Kişi tipi saç tökülməsi bədənin kişi hormonu (androgen) istehsalını tənzimləyən androgen reseptoru genindəki dəyişikliklərə bağlıdır. Dazlıq əlaməti olan kişilərdə androgenin istehsalı artır. Bu gen eyni zamanda testosteron hormonu, eləcə də testosteron və estrogen hormonunun sintezi zamanı meydana çıxan ara bir ferment – androstenedion daxil olmaqla digər cinsi hormonları da idarə edir. Androgenin istehsalı isə koronavirus infeksiyasında rol oynadığı düşünülən “TMPRSS2” kimi bilinən bir fermenti artırır. Həmin ferment orqanizmə koronavirusun girməsini asanlaşdırdığı üçün COVID-19-a yoluxma da sürətli baş verir. 

 

Tədqiqatçılar androgenetik alopesiya xəstəliyi olan kişilərin koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilməsindən sonra müəyyən prosedurlarda androgen reseptoru geni və COVID-19 arasındakı əlaqəni müşahidə ediblər. 

 

Tədqiqat qrupu xüsusilə ağır koronavirus xəstələrinin təqribən yüzdə 79-nun kişi tipi saç tökülməsi xəstəliyindən təsirləndiyini müəyyənləşdiriblər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev