ÜST əczaçılıq şirkətlərini yeni dərman və vaksinlər barədə bütün klinik məlumatları açıqlamağa çağırıb
09.05.2021 10:31

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Dərmanlara Nəzarət üzrə Orqanların Beynəlxalq Koalisiyası (ICMRA) əczaçılıq sənayesini bütün yeni dərman preparatları və vaksinlər, o cümlədən COVID-19-a qarşı olanlar barədə məlumatları təqdim etməyə çağırıb.

 

Aztibb.az-ın xəbər verdiyinə görə, ÜST vurğulayıb ki, söhbət insanların həyatı və sağlamlığından gedir, buna görə də klinik tədqiqatlarla bağlı hesabatlar məxfi məlumatlar redaktə edilmədən dərc edilməlidir.

 

İki qurumun birgə bəyanatında bildirilir, ki məlumatların tamlığı çox vacibdir. Mütəxəssislərin fikrincə, bu çağırış COVID-19 pandemiyası kontekstində, yalnız fövqəladə hallarda istifadə üçün nəzərdə tutulan dərmanların bazara daxil olması fonunda son dərəcə aktualdır.

 

Ekspertlər bütün məlumatların dərc edilməsi zamanı "piratçılıq" riskinin mövcud olduğunu etiraf edirlər. Bu məlumatlar bu və ya digər istehsalçının rəqibləri tərəfindən kommersiya məqsədləri üçün istifadə edilə bilər. Lakin ÜST hesab edir ki, bu risklər insanların həyatı və ölümü ilə bağlı risklərdən qat-qat aşağıdır.

 

Bir çox halda, sınaqlar başa çatdıqdan sonra bütün nəticələr, o cümlədən aşkar edilmiş problemlər deyil, yalnız rəsmi protokollar dərc olunur. Ekspertlərin fikrincə, bu cür yanaşma, cəmiyyətin yeni vaksinlərə və dərmanlara olan etibarını azaldır.

 

ÜST əczaçılıq şirkətlərini yeni dərmanlar və vaksinlər üzərində aparılan tədqiqatların nəticələrinin səhiyyə sahəsində qərarların qəbul edilməsində iştirak edən hər kəsə əlçatanlığını təmin etməyə çağırır. Onlar qeyd edirlər ki, həm müsbət, həm də mənfi klinik məlumatlara çıxış olmalı, yalnız xəstələrin fərdi məlumatları istisna edilə bilər.

 

“COVID-19 pandemiyası, məlumatların əldə edilməsinin ictimai inam üçün nə dərəcədə vacib olduğunu göstərdi. ICMRA və ÜST, əczaçılıq sənayesini tez bir zamanda və qanunvericilikdəki dəyişiklikləri gözləmədən könüllü olaraq bütün sınaq nəticələrinə məhdudiyyətsiz çıxışı təmin etməyə çağırır ", - deyə bəyanatda deyilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır