Mükəmməl ana necə olur? -  PSİXOLOQLARIN MƏSLƏHƏTİ
08.05.2021 14:44

Mükəmməl və qüsursuz bir ana olmaq səyi qadınlar, dolayısı ilə də uşaqlar üçün yorucudur. Bunu pandemiya ərəfəsində təsəvvür etmək isə lap çətindir.

 

Aztibb.az xəbər verir ki, psixoloqlar bu kimi qeyri-müəyyənliklərin öhdəsindən gəlmək üçün rutin olaraq bəzi vərdişləri tətbiq etməyi vacib bilir.

 

Qeyd olunur ki, davam edən pandemiya dövründə gündəlik ev işlərinin görülməsi və uşaqlara nəzarət anaların məsuliyyətini birə on artırıb. Odur ki, rutin vərdişlər və gündəlik proqramların həyata keçirilməsi analar üçü nizam, uşaqlar üçün isə bir harmoniya mənbəyi ola bilər. Xüsusilə indiki vəziyyətdə işgüzar qadının səriştəli işçi, mükəmməl ana və ev xanımı olmaq səyi müəyyən proqram olmadan mümkün deyil.

 

“Pandemiya dönəmi ailədə başqa bir narahedici məqam uşaqların mobil telefon və televizora bağlılığıdır. Bunun asılılığa çevrilməməsi üçün evdə uşağın gündəlik proqramına nəzarət məsuliyyəti də daha çox anaların üzərinə düşür. Belə vəziyyətdə analar adi vaxtda ev işlərində öz üzərinə düşən bəzi vəzifələri uşaqları arasında bölgü edə bilərlər ”, – deyə psixoloqlar bildirib. 

 

Analar uşaqlara mətbəx işlərini, süfrə hazırlamağı, yataqlarını səliqəyə salmağı, düymə tikməyi öyrədə, onları həyətyanı sahədə yüngül işlərə cəlb edə bilərlər. Bu eyni zamanda, uşaqların faydalı iş görmələri üçün ibrətamiz bir fürsətdir. Bununla analar uşaqlarının həm əmək vərdişlərinin formalaşmasına, həm də onların yüksək kollektiv şüur hissinə sahib olmalarına yardımçı olurlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev