Bu yay çimərliklərə icazə verilə bilər - Səhiyyə komitəsinin sədr müavini 
08.05.2021 10:37

Qarşıdan çimərlik mövsümü gəlir və bu yay çimərliklərin fəaliyyətinə icazə verilib-verilməyəcəyi isə cəmiyyəti maraqlandıran məsələlərdən biridir.

 

Aztibb.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, keçən il yay aylarında nəinki ölkəmiz, bütün dünya qarşılaşdığı bu problemin yarada biləcəyi fəsadların həcmi haqqında heç bir fikrə sahib deyildi:

 

“Heç bir ölkənin bu problemlə mübarizədə istifadə edəcəyi resurslar haqqında ətraflı məlumatı olmadığı üçün, əksər ölkələr, eləcə də Azərbaycanda sərt karantin rejimi tətbiq olundu və məhdudiyyətlər sırasına çimərliklərin də qapanması daxil idi.

 

Əlbəttə, nəzərə almaq lazımdır ki, məhz o məhdudiyyətlər sayəsində hökumət və qurumlar hazırlıq işlərini görmək və gələcəkdə ola biləcək böyük dalğalar qarşısında önləyici tədbirlər almaq üçün imkanlar qazandı.

 

Amma bu il yay ayları yaxınlaşdıqca dünya səhiyyə ekspertləri tərəfindən də proqnozlaşdırılan odur ki, epidemioloji vəziyyətin sabit qaldığı ölkələrdə çimərliklərə qadağa qoyulmasına ehtiyac qalmayacaq.

 

Digər tərəfdən bir çox təsirdən bu virusun qısa müddət içərisində yox olduğunu göstərən tədqiqatlar var. Bu təsirlər içərisində duzlu suyun, eləcə də istiliyin virusun yayılmasını artırmadığı, hətta azaltdığı ehtimal olunur. Bütün bunları nəzərə alan hökumətlər, eləcə də ölkəmizin aidiyyatı qurumları yəqin ki, yay aylarında, epidemioloji vəziyyət imkan verdiyi müddətcə çimərliklərin açılmasına qərar verə bilər. Cəmiyyətin də verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməsi vacib şərtlərdən biridir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib