COVID-19-a yoluxduqdan sonra əmələ gəlmiş anticisimlər bir müddət sonra qoruyuculuq qabiliyyətini itirir
07.05.2021 15:07

“COVID-19 xəstəliyini keçirən insanlarda adətən bir arxayınlıq yaranır ki, bir daha bu xəstəliyə yoluxmayacaqlar. Amma təəssüflər olsun ki, bu, belə deyil. İnsanların ikinci dəfə koronavirusa yoluxma halları qeydə alınıb”.

 

Aztibb.az-ın məlumatına görə, bunu Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsinin rəisi Rəna Qasımova deyib. O, bildirib ki, COVID-19 infeksiyasına yoluxmuş insanlarda xəstəlik zamanı yaranan anticisimlərin qoruyuculuq müddəti müvəqqətidir:“Birinci dəfə yoluxduqdan sonra əmələ gəlmiş bu anticisimlər bir müddət sonra neqativləşir, başqa sözlə, qoruyuculuq qabiliyyətini itirir və insan təkrar koronavirusa yoluxa bilir.


Peyvənd vurduran insanlar da arxayınlaşmamalı, tələb olunan gigiyenik qaydalara ciddi riayət etməlidirlər. Tibbi maska taxılmalı, əllər tez-tez yuyulmalı və yaxud spirtlə silinməli, ara məsafə saxlanmalıdır, insanların sıx olduğu kütləvi tədbirlərdə mümkün qədər iştirak etməmək zəruridir. İkinci dəfə yoluxan insanlar bu xəstəliyi daha ağır və ya daha yüngül formada keçirə bilərlər. Bu zaman onlar yenə də infeksiya mənbəyi kimi ətraflarında olan insanlar, xüsusilə də yaşlı və əvvəllər koronavirusa yoluxmamış insanlar üçün təhlükə yaradırlar”.

 

Onun sözlərinə görə, bu vaxta qədər COVID-19 xəstəliyinə qarşı mübarizədə ən etibarlı vasitə vaksinasiya hesab olunur:“Bununla bərabər, insanın güclü immun sistemi də orqanizmin koronavirusla mübarizəsində mühüm rol oynayır. Ona görə dəpeyvənd vurdurmaq və gigiyenik qaydalara ciddi riayət etməklə yanaşı, immuniteti möhkəmləndirmək üçün sağlam və aktiv həyat tərzi keçirmək, düzgün qidalanmaq lazımdır”.

 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib