Qazilərin protezlərlə təminatında problem var? 
07.05.2021 15:03

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Vətən müharibəsində iştirak etmiş bəzi qazilərin protezlərlə təminatında problemlərinin olmasına dair səsləndirilən fikirlərə münasibət bildirib. 

 

Agentlikdən daxil olan məlumatda bildirilir ki, qazilərimizin protezlərlə təminatı ilə bağlı problemin olması barədə qeyd edilənlər yanlışdır və məlumatsızlıqdan irəli gəlir: “Bu sahədə, həmçinin Vətən müharibəsində xəsarət almış qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatında hər hansı çatışmazlıq özünü göstərmir. Belə ki, yüksək texnologiyalı protezlərlə təminata ötən ilin dekabrından başlanıb və artıq 17 qazi yüksək texnologiyalı protezlə təmin olunub. Bu proses davam etməklə yanaşı, yuxarı ətrafların yüksək texnologiyalı protezlərlə təminatına da başlanıb. Aşağı və yuxarı ətrafların yüksək texnologiyalı protezlərlə təminatı xüsusi yanaşma tələb edən prosesdir, burada amputasiya olunmuş güdülün protezləşməyə tam hazır vəziyyətə gətirilməsi üçün müəyyən hazırlıq mərhələsi olur.

 

Bu hazırlıq mərhələsi keçildikdən sonra müasir protezlə təminat həyata keçirilir. Vətən müharibəsində, hərbi əməliyyatlarda xəsarət alaraq protezləşməyə ehtiyacı yaranmış bütün qazilərimiz birmənalı olaraq ən yüksək texnologiyalı protezlərlə təmin ediləcək. Bu məqsədlə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi tərəfindən bütün müvafiq tədbirlər görülür”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib