Vaxtı keçmiş dərman vasitələrindən istifadə yolverilməzdir
06.05.2021 22:22

Hər bir evdə xroniki xəstəlikləri müalicə etmək üçün dərmanlar, həmçinin ilkin tibbi yardıma lazım olan vasitələr olur. Lakin dərmanları evin istənilən guşəsində, məsələn, mətbəxdə və ya hamam otağında saxlamaq məsləhət görülmür, çünki otağın temperatur və rütubəti nəzərə alınmalıdır. Evin həmin guşələrdə dərman saxlanılması üçün uyğun şərait yoxdur. Dərmanların qonaq və ya yataq otaqlarında saxlanılması daha məqbuldur.

 

Dərman vasitələrinin effektivliyi onların düzgün saxlanılmasından da asılıdır. Əgər dərmanlar tələb olunan şəraitə uyğun qorunmursa, onda həmin vasitələr istifadə müddəti bitmədən keyfiyyətini itirir, ən pis halda isə onun qəbulu orqanizmə ciddi zərər verə bilər. Həblər rəngini dəyişərək ovulub tökülərsə, kapsulların örtüyü dağılarsa, bir-birinə yapışarsa və ya əziklər əmələ gələrsə, damcıların rəngi qaralarsa, mazların isə içində bərk hissəciklər yaranarsa, həmin əlamətlər dərman vasitələrinin artıq sıradan çıxdığını göstərir.

 

Aztibb.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Pərviz Əzizbəyovun verdiyi məlumata görə, hər bir dərman vasitəsinin üzərində qeyd olunan saxlama şəraitinə ciddi yanaşmaq vacibdir: “Adi saxlanma şəraiti tələb edən dərman vasitələri quru, yaxşı havalandırılan sahələrdə və 15-25° C temperaturda saxlanılmalıdr. Bu zaman kənar qoxu və çirklənmələr olmamalıdır və klimatik şəraitdən asılı olaraq dərman vasitəsi 30° C temperatura kimi saxlanıla bilər. Xüsusi saxlanma şəraiti tələb edən dərman vasitələri var və onlar müsbət 2-8° temperatur arasında saxlanılmalıdır. Dərmanlar üzərində göstərilən son istifadə tarixinə qədər yararlıdır, həmin vaxtdan sonra onun istifadəsi qadağandır”.

 

Şöbə müdirinin dediyinə görə, elə dərmanlar var ki, qablaşdırılması açılandan bir müddət sonra istifadəsini dayandırmaq lazımdır: “Bəzi məhlullar, məsələn, göz damcıları üzərində son istifadə müddəti 2-3 il göstərilsə də, qablaşdırma açılandan sonra 15 gün, uzağı 1-2 ay ərzində istifadə oluna bilər”.

 

Belə olan halda dərman vasitələrini ilkin yardım çantasına yerləşdirməzdən əvvəl həmin məqamları diqqətlə araşdırmaq lazımdır. Hətta bunu unutmamaq üçün qablaşdırmanın üzərində onun açılma tarixini yazmaq da olar.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib