ÜST pandemiyalara qarşı qlobal xəbərdarlıq mərkəzi yaradıb
06.05.2021 10:20

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gələcəkdə baş verə biləcək pandemiyaların qarşısının alınması məqsədilə qlobal xəbərdarlıq mərkəzi yaradıb.

 

Aztibb.az xəbər verir ki, Epidemioloji İntellekt üzrə ÜST-Mərkəzi Almaniyanın paytaxtı Berlin şəhərində fəaliyyət göstərən epidemioloji proseslərin izlənməsi, məlumatların toplanması və dəyərləndirilməsi üzrə qlobal mərkəz olacaq. ÜST rəhbəri Tedros Qebreyesus bildirib ki, koronavirus pandemiyası böyük məlumat boşluğu olduğunu göstərdi və gələcəkdə bütün ölkələr barəsində toplanacaq məlumatlar risklərin qarşısının alınmasına töhfə verəcəkdir. Pandemiyadan çıxarılan nəticələrdən biri də ondan ibarətdir ki, gələcəkdə bu sahədə süni intellekt kimi müasir yüksək texnologiyalar, müxtəlif məlumat mənbələrinin inteqrasiyası və fərqli elm sahələri arasında sıx əməkdaşlıq inkişaf etdirilməlidir.

 

Berlində fəaliyyət göstərəcək mərkəz dünyanın müxtəlif ölkələrindəki tərəfdaşların təqdim etdiyi məlumatları toplayıb onların analizini aparacaq. Toplanmış məlumatlar əsasında yaradılan modellər sayəsində gələcəkdə epidemioloji proseslərin proqnozu, qarşısının alınması, risklərə qarşı hazırlıq və onların identifikasiyası həyata keçiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır