Psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün növbəti məşğələlər keçirilib
05.05.2021 23:07

Psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyicilərinin nəzəri bilik və praktik vərdişlərinin artırılması məqsədilə Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi tərəfindən tədris proqramında nəzərdə tutulan əlavə məşğələlərin keçirilməsi davam etdirilir.

 

Aztibb.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən növbəti məşğələlərdə qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə Türkiyə Respublikasından Vətən müharibəsində psixoloji sarsıntı keçirmiş qazilər və şəhidlərin ailə üzvləri, eləcə də terrordan zərər görmüş vətəndaşlara psixo-terapevtik və reabilitasiya xidmətləri göstərilməsi məqsədilə dəvət olunan mütəxəssis-psixoloqlar mühazirələr oxuyub, qabaqcıl dövlətlərin bu sahədə təcrübəsini zabitlərlə bölüşüb, həmçinin dinləyicilərin suallarını cavablandırıb.

 

Mühazirələrdə əsas diqqət hərbi qulluqçuların psixoloji vəziyyətinin qiymətləndirilməsi, hərbi kollektivlərdə sosial-psixoloji proseslərin öyrənilməsi, müharibənin mənfi fəsadları nəticəsində psixoloji problemlər yaşayan hərbçilərin reabilitasiyasının daha səmərəli təşkili məsələlərinə yönəldilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib