Karantin rejimini pozan 16 ədliyyə işçisi cəzalandırılıb
18.08.2020 21:13

"Təkcə cari ilin 6 ayı ərzində 80-dən artıq gənc ədliyyə orqanlarına qulluğa qəbul olunub, 70 işçinin rotasiyası aparılıb. Eyni zamanda, son dövrdə fəaliyyətində pozuntulara və ciddi nöqsanlara yol verən 400 ədliyyə işçisi, o cümlədən 40 icra xidməti əməkdaşı intizam məsuliyyətinə cəlb oluub. Cəza almışlardan 25 nəfəri ədliyyə orqanlarından xaric edilib, 12-si məsul vəzifəsindən azad olunub. Hətta 5-i barədə materiallar istintaqa göndərilib".


Aztibb.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.

 

O, bildirib ki, 16 nəfər ədliyyə işçisi xüsusi karantin rejimi tələblərini pozduqlarına görə cəzalandırılıb.


"Bundan əlavə, Nazirlikdə son zamanlar aparılan kadr islahatları çərçivəsində bir neçə baş idarə və idarələrin rəhbərliyi yenilənib, o cümlədən İcra Baş idarəsinin rəisi tutduğu vəzifəsindən azad edilib. Lakin təəssüflə qeyd etmək istəyirəm ki, son günlər bəzi sosial şəbəkə səhifələrində və xəbər portallarında bununla bağlı sensasiya xətrinə dezinformasiya xarakterli statuslara, yazılara, hətta canlı yayımda qərəzli uydurma çıxışlara rast gəlinir. Odur ki, hörmətli və dəyərli sosial şəbəkə istifadəçilərindən, KİV nümayəndələrindən, vəkillərdən və digər peşə mənsublarından hansısa və ya kimlərinsə maraqları ucbatından təqdim edilən şaiyə xarakterli qərəzli məlumatlara inanmamağı və onları dəqiqləşdirmədən yaymaqdan həqiqət naminə çəkinməyi xahiş edirəm", - deyə qurum rəsmisi qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır