Panduslarla təchiz olunmuş avtobuslar əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını təmin edir
05.05.2021 14:11

“Şəhərdə xüsusi panduslarla təchiz olunmuş avtobusların fəaliyyəti əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını təmin edir. Əvvəllər biz əlil arabası ilə səkilərə daxil ola bilmirdik, yaxud avtobuslardan istifadə edə bilmirdik. Layihələr çərçivəsində əlçatan səkilərin olması bizim işimizi yüngülləşdirir. Bu yaxınlarda Bakı ətrafında yerləşən Qala kəndində “BakuBus”a məxsus avtobusun xəttə buraxılması o ərazidə yaşayan əlilliyi olan şəxslərin ictimai nəqliyyatdan istifadəsini mümkün edib”.

 

Bunu Milli Paralampiya Komitəsinin əməkdaşı, müyəssərlik üzrə ekspert Qoşqar Əkbərov deyib. Onun sözlərinə görə, son zamanlar paytaxtda Bakı Nəqliyyat Agentliyi tərəfindən görülən işlər təqdirəlayiqdir:

 

Q.Əkbərov bütün bunlarla yanaşı, Bakıətrafı kəndlərdə yaşayan əlilliyi olan şəxslərin ictimai nəqliyyatdan istifadə edə bilmədiklərini qeyd edib:

 

“Çox istərdik ki, əlilliyi olan şəxslər üçün nəzərdə tutulan səkilər, ictimai nəqliyyat şəhərətrafı ərazilərdə də təşkil olunsun. Bəzi kəndlərdə yeraltı keçidlər var, amma onlardan istifadə mümkünsüzdür. Şəhərətrafı kəndlərdəki pandusların maillilik dərəcəsi ondan istifadəyə imkan vermir. Elektrikli platformalar quraşdırılan yerlərdə isə onlardan istifadə etmək olmur. Ümid edirik ki, Bakıdakı şərait kəndlərdə də yaradılacaq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib