Bu gün Dünya Əl Gigiyenası Günüdür  
05.05.2021 09:46
BMT Baş Assambleyasının Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə qəbul etdiyi qərara əsasən, 2008-ci ildən etibarən hər il mayın 5-də “Dünya təmiz əllər günü” (“Global Handwashing Day”) qeyd edilir. Bu il gigiyena günü "Saniyələr həyat xilas edir" şüarı altında keçirilir. Həmin gün əllərin yuyulmasının sağlamlığa müsbət təsiri haqqında əhalinin məlumatlılığının artırılması məqsədi daşıyır.
 
Əllərin təmiz saxlanması xəstəlik törədən mikroorqanizmlərin yayılmasının qarşısının alınması üçün istifadə edilən ən sadə və effektiv üsuldur. Virus və bakteriyaların törətdikləri bir çox xəstəliklər: respirator xəstəliklər, virus hepatitləri, bağırsaq infeksiyaları, COVID-19 xəstliyi məhz çirkli əllər vasitəsilə keçir. Mütəxəssislərin fikrincə, əllərdə, daha çox çirkli nəm əllərdə milyonlarla mikroorqanizm aşkarlanır.
 
Hazırda bütün dünyanı cənginə almış COVID-19 infeksiyasına qarşı mübarizədə insanların başlıca silahı vaksinasiya ilə bərabər sanitar-gigiyenik qaydalara riayət etməsidir. Bunun üçün əllərin tez-tez yuyulması və ya spirtlənməsi vacib şərtdir. Təmiz əllər həm öz səhhətinizi, həm də yaxınlarınızın sağlamlığını qorumağa kömək edir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib