5 may – Beynəlxalq Həkim-Mama Günüdür
05.05.2021 09:27
1987-ci ildə Niderlandda keçirilən konfransda Həkim-Mama Beynəlxalq Assosiasiyası Beynəlxalq Həkim-Mama Gününün qeyd olunması ideyası ilə çıxış edib.
 
Aztibb.az xəbər verir ki, Beynəlxalq Həkim-Mama Günü yalnız 1992-ci ildə rəsmi status qazanıb. Hazırda dünyanın 50-dən artıq ölkəsində həmin gün qeyd edilir və əsas məqsədi həkim-mamaların işinin əhəmiyyəti haqqında əhalini məlumatlandırmaqdan ibarətdir. Bu peşənin əhəmiyyəti çox böyükdür, axı ananın və uşağın sağlamlığı məhz onun təcrübə, bilik və bacarığından asılıdır.
 
Hamiləlik və doğuşla bağlı qadın orqanizmini öyrənən bu elmin təməli hələ qədim Hindistanda qoyulub, sonralar qədim Yunanıstanda davam etdirilib və günümüzə qədər gəlib çıxıb.
 
Uşaqlar bizim gələcəyimizdir. Hər evə, ailəyə sevinc bəxş edən körpənin dünyaya gəlməsində həkim-mamaların rolunu xüsusi qeyd etmək lazımdır. Körpənin dünyaya gəlməsi ilə yanaşı, ana və uşağın doğuşdan sonrakı sağlamlığı da onların təcrübə və peşəkarlığından asılıdır. Məhz onlar dünyaya yeni göz açan körpə ilə ilk təmasda olur, qadın doğum evinə daxil olandan körpə dünyaya gətirib xəstəxanadan çıxanadək hamilələrə və analara lazımlı tibbi yardım və mənəvi dəstək göstərirlər. Dünyaya uşaq gətirən hər bir qadın üçün həkim-mamalar tibb işçisi olmaqla yanaşı, həm də psixoloq və dost rolu oynayır.
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib