Racu Nəbiyev: "Koronaviruslu xəstələrin qida rasionu bitki lifləri ilə zəngin olmalıdır"
04.05.2021 14:41

"Hazırda bütün dünya əhalisi yüzlərlə qıcıqlandırıcı amil – ekologiya, stresslər, infeksiyalar əhatəsində yaşayır. Ona görə də balanslaşdırılmış qida rasionu insan orqanizmi üçün müdafiə rolunu oynayaraq müxtəlif xəstəliklərdən onu qoruyur".

 

Aztibb.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım həkimi Racu Nəbiyev deyib.

 

O, bildirib ki, COVID-19 xəstələrinin infeksiyaya yoluxmamışdan əvvəl müxtəlif yanaşı xəstəlikləri olduğunu nəzərə almaq lazımdır: "Adətən koronavirus xəstələri gündə 4-5 dəfə qidalanır. Onların qida rasionu bitki lifləri ilə (tərəvəz, göyərti, meyvə, giləmeyvə) zəngin olmalıdır. Koronavirus xəstələrinə efir yağları ilə zəngin olan meyvələr, həmçinin kəskin ədviyyatlar, hisə verilmiş qidalar və duzlu qidaların verilməsi məhdudlaşdırılır. Bütün yeməklər bişirilmiş və ya buxara verilmiş halda olmalıdır. Xəstəyə yemək verilərkən nə qaynar, nə də çox soyuq olmamalıdır. COVID-19 xəstələrinə verilən mayelərin həcmi gün ərzində 1,5-2 litr artırılmalıdır. Həkim nəzarəti altında müxtəlif meyvə və tərəvəz şirələri, itburnu dəmləməsi, qurudulmuş giləmeyvə kompotu verilə bilər".

 

Racu Nəbiyev qeyd edib ki, COVID-19 xəstələrinin müalicəsi dövründə yanaşı xəstəlikləri nəzərə alınmalıdır. Həkim onların qida rasionuna bu və ya digər qidanı əlavə edə, hər hansı qidanı isə rasiondan çıxara bilər. Məsələn, şəkərli diabet xəstələrinin qida rasionundan rafinə edilmiş karbohidratlar (şəkər) çıxarılır, yüksək təzyiqdən əziyyət çəkən xəstələrin qidasından isə təzyiqin qalxmasına təsir edən məhsullar çıxarılır. COVID-19 xəstələrinin qida rasionuna kalsium, fosfor, maqnezium və vitamin D ilə zəngin olan məhsullar daxil edilir. Bunlar süd məhsulları (pendir, kəsmik, qatıq və s.), balıq və tərəvəzlərdir. Düzgün və sağlam qidalanma koronavirus xəstələrinin sağalmasında dərman vasitələri qədər rol oynayır. Ona görə də yalnız düzgün qidalar qəbul etməklə bu xəstəliklə mübarizədə müsbət nəticə əldə etmək mümkündür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib