Qazilər Möcüzəli Naftalan Sağlamlıq və İstirahət Mərkəzində müalicə olunurlar
04.05.2021 11:10

Vətən müharibəsindəki döyüşlərdə yaralanmış və müxtəlif xəsarətlər almış qazilərin sağlamlıqlarına qovuşması üçün aparılan müalicədə yüksək nəticələrin alındığı tibbi reabilitasiya müəssisələrindən biri də Möcüzəli Naftalan Sağlamlıq və İstirahət Mərkəzidir. 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi əsasında sanatoriyaya təyinat alan pasiyentlər əvvəlcə peşəkar həkimlərin nəzarəti altında ümumi tibbi yoxlanışdan keçirilir və hər bir xəstəyə zəruri müalicə kursu təyin edilir.

 

Həmçinin ölkə Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük II Qarabağ müharibəsində qələbə sevincini yaşadan rəşadətli Azərbaycan Ordusunun qəhrəmanları bu gün möcüzəli Möcüzəli Naftalan Sağlamlıq və İstirahət Mərkəzində müalicə alanlar sırasındadır.

 

Hazırda pandemiya səbəbindən ölkəmizdə tətbiq edilən karantin rejimi qaydalarına uyğun olaraq sanatoriyaya xəstə qəbulu məhdud sayda və növbəlilik əsasında aparılır. Göstərilən bütün xidmətlər pandemiya qaydalarına uyğun təşkil edilir. Məsafə gözlənilir, tibbi maskadan istifadə edilir, sanatoriya mütəmadi olaraq dezinfeksiya olunur.

 

Sanatoriyanın prosedur otaqları tibb texnologiyasının ən son nailiyyətləri hesab olunan cihaz və avadanlıqlarla təchiz edilib. Burada əsasən dayaq-hərəkət, sümük, oynaq, iflic, əzələ və sinir sistemi xəstələrinin müalicəsi uğurla həyata keçirilir.

 

Göndəriş əsasında mərkəzə qəbul edilən qazi və əlillərin müalicəsi 14 gün davam edir. Ümumi müayinədən sonra tibbi göstəriş olduqda pasiyentlər müalicə kursu müddətində 10-12 gün Naftalan nefti vannası və müalicə proseduru qəbul edirlər.

 

Sanatoriyanın fəaliyyəti müasir tələblər səviyyəsində qurulduğuna görə burada müalicə alan hər bir xəstənin səhhətində müsbət nəticə əldə edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib