Təyyar Eyvazov: Vətəndaşlar COVID-19 əleyhinə vaksinasiyada fəal iştirak etmirlər
03.05.2021 14:50

Vaksinasiya prosesinin həyata keçirilməsində iki tərəf var. Prosesin birinci tərəfi dövlətin gördüyü işlərdir. Dövlət öz üzərinə düşən vəzifələri vaxtında və kifayət qədər yüksək səviyyədə həll edir. Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinlərin əldə edilməsi, ölkəyə gətirilməsi, prosesin aparılması üçün müvafiq infrastrukturun yaradılması, tibb kadrlarının təlimləndirilməsi dövlət tərəfindən görülən böyükhəcmli tədbirlərdir. Ölkəmizdə vaksinasiyaya dair strategiya qəbul olunub. Strategiyaya əsasən proses mərhələlər üzrə aparılır. Peyvəndləməyə dünyada olduğu kimi həssas insanlar qrupundan başlanılıb. Vaksinasiya strategiyasına uyğun olaraq hazırda 40 yaşdan yuxarı vətəndaşların peyvəndləməsi aparılır. Prosesin ikinci tərəfi insanların vaksinasiyaya münasibətidir. Burada məsələ bizi o qədər də qane etmir. Baxmayaraq ki, ölkədə yetəri sayda peyvənd dozaları, kifayət qədər peyvənd məntəqələri fəaliyyət göstərir, əhalidə olan aktivlik bir o qədər yüksək deyil. Əhalinin cəmi 5 faizdən bir qədər çoxu hər iki dozanı qəbul edib. Bizim hədəfimiz isə əhalinin ən azı 70, hətta bəzi mülahizələrə görə, 80 faizinin vaksinasiya olunmasıdır. Bu templə prosesin müddəti uzana bilər.

 

Aztibb.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

 

“Buradan belə sual ortaya çıxır ki, əhalini vaksinasiya prosesində aktiv iştiraka cəlb etmək üçün nə etmək lazımdır? Birmənalı olaraq, bu zaman məcburiyyət ola bilməz. Çünki dünya təcrübəsi onu göstərir ki, istənilən xəstəlik zamanı peyvəndləmənin məcburi edilməsi neqativ hallara gətirib çıxaracaq. İnsanlar müxtəlif səbəblərlə vaksinasiyadan yayınacaqlar. Təsadüfi deyil ki, belə hallar bütün dünyada, o cümlədən ölkəmizdə də qeydə alınır. Burada əhalini vaksinin effektivliyinə və təhlükəsizliyinə inandırmaq, şəxsi təcrübə, kütləvi informasiya vasitələrində maarifləndirmə işlərinin aparılması üsulu ilə müsbət effekt əldə etməyə çalışmaq lazımdır. Gələcəkdə bəlkə də vaksinasiyadan keçməyənlər üçün müəyyən məhdudiyyətlər ola bilər. Bununla yanaşı, onsuz da bir müddətdən sonra Avropanın iri ölkələri, ABŞ-da nəticələr gözə çarpacaq. Orada məhdudiyyətlərin aradan qaldırılması bir nümunə olacaq. Vətəndaşlar bunları görəndə bir qədər də aktivlik göstərəcəklər. Elə ölkələr var ki, vətəndaşlar vaksinasiya üçün mütəmadi müraciət edir, öz növbələrinin gəlib çatması ilə bağlı məlumat öyrənməyə çalışır, narahatlıqlarını ifadə edilər. Təəssüf ki, ölkəmizdə hər cür şərait yaradılsa da biz istənilən aktivliyi görə bilmirik.

 

40 yaşdan yuxarı vətəndaşların vaksinasiyaya görə müraciətetmə hallarında azalma baş verərsə, daha aşağı yaş qruplarında peyvəndləməyə start veriləcək. Artıq bir sıra ölkələrdə 16 yaşdan yuxarı vətəndaşlar peyvəndləməyə cəlb olunurlar”, - deyə T.Eyvazov qeyd edib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib