“Təbib” idman klubunun ümumi toplantısı keçirilib
03.05.2021 11:58
Bu gün Azərbaycan Tibb Universitetinin “Təbib” idman klubunun ümumi toplantısı keçirilib.
 
Aztibb.az xəbər verir ki, əvvəlcə “Təbib” idman klubunun sədri, Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Qələndər Aslanov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
 
İclasda idman klubunda işə davamiyyət, nizam-intizam məsələləri müzakirə olunub.
 
İş fəaliyyətinin pandemiya dövrünün tələblərinə uyğun tənzimləndiyini deyən Q.Aslanov klubda nizam-intizamın möhkəmləndirilməsi istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.
 
O, “Təbib” idman klubunda universitetin maliyə imkanlarına uyğun təmir işlərinin görüləcəyini söyləyib. Q.Aslanov məşqçi-müəllimlərin öz ixtisasları üzrə məşqlər aparması məsələsinə də toxunub: “Bildiyiniz kimi, əvvəllər burada müxtəlif idman bölmələri ilə yanaşı, yataqxana tələbələri ilə idman bölməsi də vardı. Artıq bu bölmə olmayacaq. Tələbə hansı idmanla məşğul olursa, biz xüsusi seçimlə onları cəlb edəcəyik. Hər məşqçi-müəllim öz ixtisası üzrə məşqlər aparacaq. Bundan əlavə, bizim məşqçi-müəllimlərimiz öz apardıqları idman bölməsindən başqa digər dərslərə köməkçi müəllim kimi də qatılacaqlar”.
 
İclasda ödənişli xidmət və digər məsələlərlə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.
 
Sonda “Təbib” idman klubunun əməkdaşı Nataliya Kərimova uzun illər uğurlu fəaliyyətinə görə və yubiley yaşı münasibətilə "Təşəkkürnamə" ilə mükafatlandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib