Elmi-Təcrübi Tədris Mərkəzinin əməkdaşı Fəxri fərmanla təltif olunub
03.05.2021 10:37
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin əməkdaşı Şəhla Mirzəzadə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Nizami Rayon Gənclər və İdman İdarəsi tərəfindən "Nizami rayonunda gənclər sahəsi üzrə keçirilmiş tədbirlərdə səmərəli fəaliyyətinə görə" Fəxri fərmanla təltif olunub.
 
Aztibb.az-ın məlumatına görə, Nizami Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Mənzər Rzayeva Fəxri fərmanı Şəhla Mirzəzadəyə təqdim edib. O, uzunmüddətli əməkdaşlıqdan məmnun olduğunu və ictimai tibbi maarifləndirmə sahəsində həyata keçiriləcək tədbirlərin davamlı olacağını bildirib.
 
Şəhla Mirzəzadə göstərilən etimada görə Nizami Rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi başda olmaqla, qurumun bütün kollektivinə təşəkkürünü bildirib.
 
Qeyd edək ki, Elmi-Təcrübi Tədris Mərkəzi səhiyyə işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə həyata keçirdiyi müxtəlif tədbirlərlə yanaşı, əhali arasında ictimai tibbi maarifləndirmə işlərinin aparılması istiqamətində də fəaliyyət göstərir.
ÇOX OXUNANLAR
 Rahim Hüseynov TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub
ÜST-nin Azərbaycandakı Ofisində yeni vakansiya!
 Qobustanda 85 yaşlı pasiyent üzərində yüksək riskli cərrahi əməliyyat uğurla icra olunub   
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub
 Qusarda qanvermə aksiyası:
 Naxçıvanda orta tibb işçiləri üçün vakansiya elan olunub   
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin 24 könüllüsü üçün ilkin tibbi yardım mövzusunda təlim keçirilib
 Sumqayıtda İmmunizasiya Həftəsi çərçivəsində 1263 uşaq peyvənd olunub   
Qobustan RMX-da konfrans: “Nurlu ömrün salnaməsi”
Azərbaycan EMT Qrupu yoxlama aparmaq üçün Türkiyəyə gedib
 Görkəmli alim Ağabəy Sultanovun 90 illiyi qeyd olunub   
 Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Bioetika Komissiyasının növbəti iclası keçirilib    
Qoşqar Təhməzli: Azərbaycan müasir urbanizasiya çağırışlarına çevik reaksiya verir
 Cəlilabadda xəbərdarlıq toplanış üzrə mülki müdafiə məşqi keçirilib