PZR diaqnostikasının nəticəsi müsbət çıxırsa... - Həkim COVID-19 xəstələrindən danışdı
18.08.2020 13:51

Pandemiya dövründə COVID-19 infeksiyasına yoluxmuş xəstələrin diaqnostikası, epidemiologiyası, kliniki xüsusiyyətləri, profilaktikası və müalicəsi çox vacibdir.

 

Aztibb.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Mərkəzi Gömrük Hospitalının PZR laboratoriyasının həkim laborantı Səbinə İbrahimova bildirib. O qeyd edib ki, yeni koronavirus infeksiyasına yoluxmaya şübhəli bilinən insanlarda diaqnoz kliniki əlamətlərin, epidemioloji anemnezin və müsbət laborator nəticələrin əsasında qoyulur: "COVID-19 xəstəliyinin spesifik laborator diaqnostikası Polimeraz Zəncir Reaksiyası (PZR) üsulu ilə aparılır.

 

Kliniki əlamətlərdən asılı olmadan, əgər PZR metodu vasitəsi ilə müsbət nəticə əldə olunursa, bu SARS-CoV-2 RNT tərkibli virusun mövcud olduğunu göstərir və beləliklə insan-potensial infeksiya mənbəyi olub olmaması sualına cavab verir. Spesifik PZR diaqnostika fiziki müayinədən başlayır. Fiziki müayinə vasitəsilə yuxarı tənəffüs yollarının görünən selikli qişalarının müayinəsi, termometriya və xəstənin vəziyyətinin ağırlıq dərəcəsi təyin edilir.

 

Xəstənin laborator nəticəsinin keyfiyyətli olması nümunələrin düzgün yığılmasından, onların laboratoriyaya operativ çatdırılmasından və laborator testləşdirməyə qədər saxlanılmasından asılıdır. Müayinə materialları kliniki simptomların əmələ gəlməsindən 7 gündən gec olmayaraq yığılmalıdır. SARS-CoV-2 virusunun aşkarlanması ilə bağlı aparılan əks transkripsiyalı PZR metodu virus infeksiyasının diaqnostikası üçün ən dəqiq və etibarlı üsuldur və insanda virusun çox az miqdarda olan genetik materialını (RNT) belə aşkar etməyə imkan verir".

 

S.İbrahimova bildirib ki, digər immunoferment analizi metodu Ig M anticisimlərin-orqanizmin virusa qarşı ilk immun reaksiyası zamanı ortaya çıxan və xəstəliyin davam etdiyi göstərən ən erkən anticisimlərdir: "Ig G anticisimləri virusa yoluxmuş insanlarda sonra yaranır və uzun müddət qalır. Bu formalaşmış immuniteti və pasiyentin xəstələnib sağalmasını göstərir. COVİD-19-un düzgün və superetibarlı laborator diaqnostikası üçün üç növ laboratoriya analizi- PZR metodu, Ig M və Ig G anticisimlərin təyini aparılmalıdır.

 

Bu tədqiqatlar həkim tərəfindən digər diaqnostik metodlarla kompleks tətbiqdə aparılır. İmmunoglobulin M (Ig M) olması xəstənin koronavirus infeksiyasına yoluxduğunu göstərir. Bundan əlavə, PZR diaqnostikasının nəticəsi müsbət çıxırsa, pasiyentin COVİD-19 xəstəsi olduğuna 100% əmin oluruq. Qeyd edim ki, bu üç laboratoriya diaqnostikasının kombinasiyası 100% diaqnoz qoymağa imkan verir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır