Özbəkistan səfiri AQTİ laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olub  
30.04.2021 09:42

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Əşrəfxanovla görüş keçirilib. Görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində əməkdaşlığın hazırkı vəziyyətinə dair qarşılıqlı fikir mübadiləsi aparılıb, həmçinin qonaqlara AQTİ-nin fəaliyyət istiqaməti barədə ətraflı məlumat verilib.

 

Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva ölkəmizdə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığının daha səmərəli təşkili ilə bağlı birgə elmi-praktiki araşdırmaları və tədqiqatların həyata keçirilməsinin əhəmiyyətini qeyd edib, qida təhlükəsizliyi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsinin əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib.

 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Aztibb.az-a verilən məlumata görə, qonaqlar institutun fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə AQTİ laboratoriyalarına baxış keçiriblər. Onlara laboratoriyaların fəaliyyət istiqaməti, beynəlxalq təşkilatlarla əməkdaşlığı, eyni zamanda maddi-texniki bazası barədə ətraflı məlumat verilib.

 

Səfir Azərbaycan və Özbəkistan arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsində səylərini əsirgəməyəcəyini bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib