Almaniya xəstəxanasında cinayət hadisəsi qeydə alınıb
29.04.2021 12:47

Almaniyanın Potsdam şəhərindəki xəstəxanaların birində dörd nəfər qətlə yetirilib, bir nəfər isə ağır yaralanıb.

 

“Potsdamer Neueste Nachrichten” qəzeti xəbər verir ki, aprelin 28-də axşam saatlarında xəstəxananın müxtəlif palatalarında dörd cəsəd və bir nəfər ağır yaralı aşkarlanıb. Onların pasiyent olub-olmadığı və hansı səbəbdən öldürüldüyü məlum deyil. Faciənin baş verdiyi müəssisə əlillərə qayğı göstərilməsi üçün nəzərdə tutulub.

 

Polis xəstəxana əməkdaşlarından birini şübhəli şəxs qismində saxlayıb. Cinayətin mümkün motivləri barədə məlumat verilmir. Hadisə qəsdən adamöldürmə kimi qiymətləndirilir. “Bütün cəsədlərdəki zədələnmələr sərt xarici təsir nəticəsində yaranıb”, - deyə polis nümayəndələri bildirib.

 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə ilə bağlı təhqiqat başlanılıb.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib