Yaponiya şirkətləri koronavirusa qarşı dörd peyvəndin preklinik sınaqlarını keçirirlər
18.08.2020 10:46

Yaponiya şirkətləri hazırda COVID-19 virusuna qarşı dörd peyvəndin preklinik sınaqlarını keçirilər.

 

Aztibb.az xəbər verir ki, bu barədə avqustun 18-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qərbi-Sakit okean regionu üzrə nümayəndəsi, doktor Sokorro Eskalante onlayn mətbuat konfransı zamanı məlumat verib.

 

“Hazırda Yaponiyada yalnız bir peyvənd kliniki sınaqların ikinci mərhələsindədir. Bununla yanaşı, daha dörd peyvənd preklinik sınaqlar mədhələsindədir”, - deyə o, bu barədə sualı cavablandırarkən bildirib.

 

Qərbi-Sakit okean regionunda peyvəndin gələcək istehsalı barədə danışan S.Eskalante bir sıra ölkənin, o cümlədən Avstraliya, Çin, Sinqapur və Yaponiyanın dünyanın bu hissəsində yerləşən, lakin kifayət qədər istehsal gücünə malik olmayana dövlətlərə yardım etmək niyyətini açıqladıqlarını da bildirib.

 

Xatırladaq ki, Yaponiyanın “AnGes Inc.” farmasevtik şirkəti tərəfindən hazırlanan peyvəndin kliniki sınaqlarına iyunun sonlarında başlanılıb. “AnGes Inc.” şirkəti nuklein turşularına əsaslanan DNT peyvəndi hazırlayıb. Siçovullar üzərində aparılan sınaqların uğurla nəticələndiyi və mayın sonlarından başlayaraq gəmiricilərin anticisim hazırladığı bildirilir.

 

ÜST-nin məlumatına görə, hazırda bütün dünya üzrə 26 ölkədə peyvəndin kliniki sınaqları keçirilir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır