Hande Harmancı: Pandemiya əməyin mühafizəsi və sağlamlığın idarə edilməsinin vacibliyini nümayiş etdirdi  
28.04.2021 12:49

Sağlam və təhlükəsiz iş şəraiti hər kəsə sağlamlıq hüquqlarından istifadəyə imkan verir. Eyni zamanda, əldə edilə bilən ən yüksək sağlamlığa nail olmaq irq, din, siyasi inanc, iqtisadi və sosial vəziyyətinə baxmayaraq hər bir insanın əsas hüquqlarından biridir. Son bir il ərzində dünyada minlərlə səhiyyə işçisi, gördüyü iş nəticəsində COVID-19 səbəbindən, həmçinin digər sahələrdə çalışanlar başqa peşə xəstəlikləri və xəsarətlərdən vəfat ediblər.

 

Aztibb.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı keçirilən onlayn konfransda çıxışı zamanı deyib.

 

H.Harmancı vurğulayıb ki, əməyin mühafizəsi mövzusu COVID-19 sayəsində son bir il ərzində daha da aktual olub. Pandemiya əməyin mühafizəsi və sağlamlığın idarə edilməsini, ictimai səhiyyə sistemləri ilə əlaqələndirmənin vacibliyini nümayiş etdirib: “Səhiyyə işçiləri ən yüksək COVID-19 riski ilə üz-üzə qaldıqları üçün pandemiyanın onları daha çox təsir etdiyi müşahidə olunur. Bu səbəbdən 2021-ci il Beynəlxalq Səhiyyə və Yardım İşçiləri İli adlandırılıb edilib. Mövzu isə “Müdafiə etmək, yatırım etmək, birlikdə”dir.

 

Aparılan araşdırmaların nəticələrinə görə, hazırda davam edən pandemiya ilə əlaqədar olaraq dünyada səhiyyə işçilərinin 23 faizi depressiya və narahatlıqdan, 30 faizi isə yuxusuzluqdan əziyyət çəkir. Səhiyyə işçiləri arasında intihar riski digər peşə işçilərinə nisbətən daha yüksəkdir. Bu səbəbdən ÜST olaraq ölkələri və səhiyyə müəssisələrini səhiyyə işçilərinin fiziki və ruhi sağlamlıqlarını təmin etmək üçün əmək mühafizəsinə dair güclü proqramlar hazırlamağa və həyata keçirməyə çağırırıq. Bundan başqa, statistik məlumatlar göstərir ki, aşağı və orta gəlirli ölkələrdə səhiyyə işçilərinin 54 faizi gizli vərəm xəstəsidir. Bu da ümumi əhali arasında olan göstəricidən ən az iki qat daha çoxdur. Belə göstəricilərə görə ÜST tərəfindən səhiyyə işçilərinin peşə sağlamlığı və təhlükəsizliyi ilə bağlı təlimat vermək üçün daim işlər görülür”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib