Pandemiya uşaqların nitqinin inkişafında geriləməyə səbəb olur - ARAŞDIRMA
28.04.2021 14:40

İngiltərədə aparılan bir araşdırma nəticəsində koronavirusla mübarizə məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlərin uşaqların danışıq vərdişləri və nitq bacarıqlarına mənfi təsir göstərdiyi müəyyən edilib.

 

Aztibb.az xəbər verir ki, bununla bağlı nəticələri İngiltərədə təhsil sahəsində fəaliyyət göstərən “Education Endowment Foundation” adlı təşkilat 58 ibtidai məktəbdə 50 min şagird haqqında məlumatları toplayıb. Məlumatlar təhlil edidlikdən sonra, nəticələr həmin məktəblərdə təhsil alan şagirdlərin ailələrinə göndərilib.

 

Araşdırmada göstərilir ki, pandemiyaya qarşı mübarizə çərçivəsindəki qadağa tədbirləri uşaqları sosial ünsiyyətdən və söz ehtiyatlarının artırılması üçün lazımi imkan və təcrübələrdən məhrum edir. Ailədə böyüklərlə daha az münasibətdə olmaq, sosial məsafəni qorumaq, oyun oynamaq imkanlarının məhdudlaşdırılması və üz-üzə təmasları azaltmaq uşaqların bir-biri ilə daha az ünsiyyətdə olması ilə nəticələnir. Tədricən danışıq qabiliyyətinin normal formalaşmaması onların öyrənmə prosesinə də mənfi təsir göstərir. Respondentlərin yüzdə 76-sı 2020-ci ilin sentyabrında məktəbə başlayan şagirdlərin əvvəlki illərdə başlayanlardan fərqli olaraq, daha çox sosiallaşmaya ehtiyac duyduqlarını, yüzdə 96-sı isə şagirdlərin nitq və dil inkişafının geriləməsindən narahat olduqlarını söyləyiblər. 

 

Mütəxəssislər bildiriblər ki, uşaqların ətraf aləmə, təbiətə, mühitə, onların tərkib hissələrinə, funksiyalarına və digər xüsusiyyətlərinə maraqlarının artdığı dönəmdə tətbiq olunan məhdudiyyətlər onların nitqə yiyələnməsi və təfəkkürünün inkişafına mənfi təsir edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev