Avropa Komissiyası "AstraZeneca"nı məhkəməyə verib
26.04.2021 17:14

Avropa Komissiyası COVID-19 peyvəndinin tədarükündə yaratdığı gecikmələrlə müqaviləni pozduğuna görə "AstraZeneca" dərman şirkətini məhkəməyə verib.

 

Aztibb.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Avropa Komissiyasının sözçüsü bu barədə mətbuat brifinqində deyib.

 

Onun sözlərinə görə, Avropa Komissiyası aprelin 23-də dərman şirkətinə qarşı hüquqi iş qaldırıb və bu addım Avropa İttifaqına (Aİ) üzv 27 ölkənin dəstəyi ilə atılıb.

 

"Müqavilənin bəzi şərtlərinə hörmət edilməyib və şirkət dozaların vaxtında çatdırılmasını təmin etmək üçün etibarlı bir strategiya ilə çıxış etməyib", - deyə Aİ rəsmisi bildirib.

 

Qeyd edək ki, Aİ bu ilin ikinci yarısında blok ölkələrinə 180 milyon doza peyvəndin verilməsi ilə bağlı  "AstraZeneca" ilə müqavilə imzalamışdı. Bununla da "AstraZeneca" şirkəti dekabr (2020)- iyun (2021) ərzində Aİ-yə ümumilikdə 300 milyon doza peyvənd verməli idi. Lakin mart ayında şirkət bu peyvəndin yalnız üçdə birini verəcəyini bəyan edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib