Almaniyada fəaliyyət göstərən gənc azərbaycanlı həkim uğura imza atıb
27.04.2021 09:50

Almaniyada fəaliyyət göstərən gənc azərbaycanlı həkim Aydan Həsənova uğura imza atıb. O, Kemnits şəhərində yerləşən xəstəxanalardan birində Daxili xəstəliklər və qastroentrologiya sahəsi üzrə fəaliyyətini davam etdirmək üçün dəvət alıb.

 

Bu barədə Aztibb.az-a A.Həsənova özü məlumat verib.

 

2019-cu ildən Almaniyada həkim olaraq fəaliyyət göstərdiyini deyən həmyerlimiz hazırda yaşlı xəstələrin sağlamlıq problemləri ilə məşğul olur.

 

Qeyd edək ki, A.Həsənova 2010-cu ildə Bakı Türk Liseyini qırmızı attestatla bitirib, 700 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olub, burada bir il təhsil alıb. Təhsil aldığı müddətdə yüksək göstəriciləri ilə fərqlənib.

 

O, 2011-2017-ci illərdə İstanbul Universitetinin Tibb fakültəsində təhsilini davam etdirib, nəticələrinə görə 500 nəfər arasından 10-cu yerə, xarici ölkə vətəndaşları arasında isə birinci yerə sahib olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?