Səhiyyə nazirini əvəz edən Teymur Musayev kimdir?   
23.04.2021 21:52

Məlum olduğu kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı fərmanla Səhiyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib və Səhiyyə nazirinin birinci müavini vəzifəsi təsis edilib. Həmçinin dövlət başçısının digər sərəncamları ilə Teymur Yusif oğlu Musayev Azərbaycanın Səhiyyə nazirinin birinci müavini təyin edilib, Səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti ona tapşırılıb.

 

Aztibb.az xəbər verir ki, Teymur Musayev 1987–94-cü illərdə Azərbaycan Tibb Universitetində tibb təhsili alıb. O, 2003–2004-cü illərdə Strastburq Universitetində "Laparoskopik cərrahiyyə" ixtisası üzrə təhsilini davam etdirib, ardınca isə Latviyada “Riga Stradins” Universitetində Sağlamlığın idarəedilməsi üzrə magistratura pilləsini bitirib.

 

T.Musayev 2007-2015-ci illərd Tusi adına Klinikanın direktoru olub. 2015-2018-ci illərdə “Dobromed” klinikasına rəhbərlik edib. Həmçinin 2016-2019-cu illərdə Qəbələ şəhərində yerləşən “Chenot Palace” Sağlamlıq Mərkəzinin direktoru işləyib.

 

2019-2020-ci illərdə İtaliyada fəaliyyət göstərən “Medwellness&SPA” mərkəzinin baş beynəlxalq məsləhətçisi olub.

 

O, 2020-ci ildən bugünkü təyinatına qədər Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib