Terapevt: "Əsas məqsəd planetdə hər bir yaşlı insanı COVID-19 əleyhinə peyvənd etməkdir"
23.04.2021 11:40

“Peyvənd COVID-19 xəstəliyindən özümüzü və yaxınlarımızı qorumağın ən etibarlı üsuludur”. 

 

Aztibb.az-ın məlumatına görə, bunu Mərkəzi Gömrük Hospitalının terapevti Nazilə Xəlilbəyova deyib. O, bildirib ki, COVID-19 xəstəliyi hər hansı xroniki xəstəliyi olan insanlar üçün xüsusilə təhlükəlidir. Bu halda həm də fəsadların, ağırlaşmaların inkişaf riski yüksəkdir. Ona görə də bütün dünyada həkimlər yanaşı xəstəlikləri olan insanlara vaksinasiyadan keçməyi tövsiyə edirlər.

 

N.Xəlilbəyovanın sözlərinə görə, dünyanın 100-dən artıq ölkəsində əhaliyə 500 milyondan artıq peyvənd vurulub. Lakin ayrı-ayrı ölkələrdə vaksinasiya sürəti fərqlidir. Bəzi ölkələrdə əhalinin çoxu vaksini 2 dozada qəbul edib, peyvənd ehtiyatları da kifayət qədərdir. Digər ölkələrdə isə hələ vaksinin ilk partiyaları çatdırılmayıb.

 

Həkim qeyd edib ki, pandemiya dövründəki bu vaksinasiya – tarixdə ən irimiqyaslı vaksinasiya proqramıdır: “Onun məqsədi planetdə hər bir yaşlı insanı  COVID-19 əleyhinə peyvənd etməkdir. Bir sıra yoxsul ölkələr Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi altında beynəlxalq proqram - COVAX-dan vaksin gözləyirlər. Fevralın 24-də Afrika qitəsində bu proqram çərçivəsində ilk olaraq Qana vaksin alıb. COVAX 2021-ci ilin sonuna qədər 2 milyard doza vaksin çatdırmağı planlaşdırır.

 

İsraildə və Böyük Britaniyada isə vaksinasiyadan sonra təsdiq olunub ki, peyvənd yoluxmaları və ölüm hallarını xeyli azaldır. Azərbaycanda vaksinasiyaya bu il yanvarın 18-də başlanılıb. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 381 967, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 917 877, ikinci mərhələ üzrə isə 464 090 təşkil edir". 

 

Terapevt qeyd edib ki, hətta COVID-19-dan sağalmış sağlam insanlar da yenidən virusa yoluxa və onu yaya bilərlər. Ona görə də təhlükəsizlik qaydalarına, hər şeydən əvvəl maskalardan istifadəyə, gigiyena məsələlərinə ciddi riayət edilməli və sosial məsafənin saxlanması həm vaksinasiyadan əvvəl, həm də sonra gözlənilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib