COVID-19 pandemiyasından daha çox qadın və uşaqlar əziyyət çəkib
22.04.2021 16:35

“Artıq 1 ildən çoxdur ki, bütün dünyada COVID-19 pandemiyası tüğyan edir. Hamı üçün eyni olan bu problemin nəticələrindən daha çox qadın və uşaqlar əziyyət çəkib”.

 

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva deyib.

 

Onun sözlərinə görə, statistikaya əsasən, bütün dünyada pandemiya dövründə zorakılıq hallarında artım müşahidə olunub : “Bir ailədə zorakılıq varsa, bundan daha çox uşaqlar zərər görür. Eyni zamanda, uşaqlar onlayn platformada da zorakılıqla üzləşirlər. Pandemiya dövründə onlayn zorakılıq hallarının artması da müşahidə olunmaqdadır”.

 

C.Rəhmətullayeva qeyd edib ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da pandemiyanın başladığı ilk günlərdən dövlət səviyyəsində bütün sahələrdə olduğu kimi uşaq müdafiəsi sahəsində də təcili təxirəsalınmaz tədbirlərin həyata keçirilib: “Biz Avropa Şurasının üzvü olaraq təşkilatın uşaq hüquqları üzrə müxtəlif komitələrində bu sahədə keçirilən bütün təşəbbüslərə, konfranslara qoşularaq təkliflərimizi veririk. Dövlət Komitəsi və nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin iştirakı ilə icmalarda işin qurulması, onlayn təhlükəsizlik üzrə maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilib, eyni zamanda psixo-sosial dəstək layihələrinin icra edilib”.

 

Aparat rəhbəri xüsusilə diqqətə çatdırıb ki, Azərbaycan uşaqları son 1 il ərzində pandemiya ilə yanaşı, həm də 44 günlük Vətən müharibəsini də yaşayıblar: “Bu müharibə dövründə münaqişə zonasına yaxın olmayan şəhərlərin uşaqları erməni terrorunun qurbanı oldular. Terror nəticəsində 12 uşaq qətlə yetirildi, 50 uşaq yaralandı. Mərkəzlərin mütəxəssisləri həm də müharibədən zərərçəkən, post müharibə dövründə böyük stress və travmalar almış uşaq və ailələrlə yaxından çalışırlar”.

ÇOX OXUNANLAR
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
 Azərbaycanda transplantasiyanın tarixi   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib