Pandemiya dövründə 40 milyon maska istehsal etmişik - Fabrik rəhbəri
22.04.2021 10:06

Pandemiya başlayan dövrdən bu günə kimi 40 milyon maska istehsal edilib.

 

Aztibb.az xəbər verir ki, bunu "Bakı Tekstil Fabriki" MMC-nin rəhbəri Səkinə Babayeva bildirib. Onun sözlərinə görə, bu rəqəm elə də ürəkaçan deyil, belə ki, xaricdən idxal olunan maska yerli bazara olan təlabatı aşağı salır:

 

“Fabrikin günlük istehsal gücü 400 min ədəd maska istehsalıdır. Hazırda ölkəmizə xaricdən də maska gətirilməsi yerli bazarda olan təlabatı azaldır. Bu səbəbdən gündəlik istehsal 250-300 min arasında dəyişir. Xaricdən gətirilən maskalar daha ucuzdur, ona görə də satış nöqtələri həmin maskalara daha çox üstünlük verirlər, ancaq insanlarımız da bilməlidirlər ki, idxal olunan maskalar virusa qarşı effektsizdir. Həmin maskalar sadə parça rolunu oynayır, heç bir təsir effektinə malik deyillər. Vətəndaşlarımız onu adi halda da seçə bilər. İdxal olunan maskaların rəngi qara, yerli bazarda istehsal olunanlar isə şəffaf rəngdədir”.

 

S.Babayeva əlavə edib ki, hazırda fabrikin 10 milyon xammal ehtiyatı var:

 

“Maska strateji məhsul olduğu üçün onun daim xammal ehtiyatı və hazır mal ehtiyatı olmalıdır. Bu səbəbdən fabrikin 10 milyon xammal ehtiyatı mövcuddur və 3-5 milyon arası daim hazır maskalarımız da var”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib