Brifinqdə karantin qaydalarına əməl olunmaması ilə bağlı iddialara - Cavab
17.08.2020 17:43

Bəzi kütləvi informasiya vasitələrində Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar mütəmadi olaraq təşkil olunan brifinqlərində ölkədə tətbiq olunan xüsusi karantin rejimin qaydalarına riayət edilməməsi barədə məlumatlar yayılır.  Həmin məlumatlarda brifinqə dəvət olunan jurnalistlərin, video və foto çəkiliş qruplarının, həmçinin brifinqdə iştirak edən rəsmi şəxslərin məsafə gözləmədiyi, qoruyucu tibbi maskalardan, eləcə də dezinfeksiya məhlullarından istifadə edilmədiyi bildirilir.

 

Aztibb.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsindən  verilən məlumata əsasən, koronavirus infeksiyası ilə yoluxma halları, karantin rejiminin tələbləri nəzərə alınaraq, bir məkanda çox sayda insanın toplaşmamasını təmin etmək məqsədilə Operativ Qərargahın brifinqlərinin təşkil edildiyi zal iki ayrı-ayrı hissəyə bölünüb.


Brifinqə dəvət olunanların çıxışlarının, həmçinin KİV təmsilçilərinin sullarının verilməsinin zalın hər iki hissəsində yayımlanması üçün xüsusi monitorlardan və texnikadan istifadə olunur. Brifinqlərə dəvət olunan bütün şəxslərə məkana girişdə qoruyucu tibbi maskalar, əlcəklər təqdim edilir, zalda dezinfeksiya məhlulları qoyulur. Məkana daxil olan şəxslərin girişdə bədən hərarəti ölçülür. Zaldakı oturacaqlar brifinqdə həm KİV qarşısında çıxış edənlər, həm də media təmsilçiləri arasında müvafiq məsafə tələbinə riayət olunmaqla yerləşdirilir. Həmin oturacaqların arxasında dayanan, canlı yayımı və jurnalistlərin reportajları üçün lazım kadrların alınmasını təmin edən videoçəkiliş qrupları arasında da məsafənin gözlənilməsi üçün şərait yaradılıb. Belə ki, hər bir operator üçün yerlər xüsusi lentlərlə ayrılıb. 

 

Brifinqə dəvət olunan çıxışçılar isə əvvəlcədən COVID-19 ilə bağlı testdən keçir. Çıxışçılar zala daxil olarkən bir qayda olaraq mütləq tibbi maskalardan istifadə edirlər. Çıxışları zamanı isə rahat ünsiyyətin qurulması üçün həmin maskanı çıxardırlar, lakin onların masaları arasında lazımi məsafə gözlənilir.


Qeyd edək ki, brifinqlərin keçirildiyi məkan tədbirdən əvvəl hər dəfə dezinfeksiya edilir. Bura dəvət olunan media nümayəndələrinin mütəmadi COVID-19 ilə bağlı müayinələrdən keçirilməsi də təmin olunur. 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır