Yuxarı ətrafları amputasiya olunmuş qazilərə yüksək texnologiyalı protezlər veriləcək  
21.04.2021 15:26

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində yuxarı ətrafların yüksək texnologiyalı protezlərlə təminatı sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsi üçün 4 günlük təlimlərə başlanıb.

 

Aztibb.az xəbər verir ki, təlimləri bu sahədə dünyanın ən qabaqcıl texnologiyaya sahib şirkəti olan İslandiyanın “ÖSSUR” şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri aparır.

 

Agentliyin sədri Cavid Əbdul-Qədirov vurğulayıb ki, Prezident İlham Əliyevin müharibə iştirakçılarına xüsusi qayğısının təzahürü olaraq qazilərimizlə bağlı genişmiqyaslı dəstək tədbirləri həyata keçirilir. Dəstək tədbirləri sırasında müharibədə yaralanmış qazilərimizin reabilitasiya xidmətləri və reabilitasiya vasitələri ilə təminatı mühüm yer tutur.

 

Cavid Əbdul-Qədirov son iki ildə və cari ilin ilk rübündə 12 reabilitasiya və sosial xidmət müəssisəsinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyini deyib. O, qazilərimizə keyfiyyətli reabilitasiya xidmətləri göstərilməsi üçün müasir infrastrukturun yaradıldığını, postmüharibə dövründə yüzlərlə qazinin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə əhatə olunduğunu qeyd edib. Bildirib ki, müharibədə yaralanmış qazilərimizin mühərrikli təkərli oturacaqlarla təminatına da başlanılıb.

 

Onun sözlərinə görə, müharibə əlillərinin ötən ilin dekabr ayından yüksək texnologiyalı protezlərlə təminatı işləri aparılır. Artıq 16 hərbçi yüksək texnologiyalı protezlə təmin olunub və bu sahədə işlər davam etdirilir. Yaxın zamanlarda daha 12 hərbçi elektron ayaq protezi ilə təmin olunacaq.

 

Agentliyin sədri qeyd edib ki, yuxarı ətrafları amputasiya olunmuş qazilərimizə də yüksək texnologiyalı protezlər veriləcək. Bu məqsədlə müəssisədə yuxarı ətrafları amputasiya olunmuş qazilərimizlə görüş keçirilib, protezin hazırlanması üçün onlardan ölçülər götürülüb.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib