Jurnalist müalicəsinin dövlət hesabına təşkil olunmasına görə Prezidentə təşəkkür edib
20.04.2021 14:20

“APA Group” MMC-yə daxil olan “Lent.az” portalının redaktoru Səbinə Əvəzqızı xəstəliyinin müalicəsində dövlətin verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

 

Aztibb.az-ın məlumatına görə, jurnalist bu barədə “Facebook” səhifəsində paylaşım edib.

 

S.Əvəzqızı paylaşımında yazıb: “Dəyərli dostlar, bir qədər əvvəl məndə xərçəng xəstəliyi aşkarlandı. Məni az-çox tanıyanlar bilir ki, bu xəstəliyin müalicəsi ilə məşğul olmaq maddi imkanım xaricindədir. Problemdən xəbər tutan kimi həmkarlarım dərhal toplandılar, media ictimaiyyəti və bir sıra ictimai xadimlər Prezident İlham Əliyevə müraciət ünvanladılar.

 

Müraciət yayıldıqdan cəmi bir neçə dəqiqə sonra isə artıq mənə zəng etdilər. Mənim müalicəmlə bağlı lazımı dəstək göstəriləcəkdi. Cəmi bir gün sonra Türkiyəyə gedib, öz seçdiyim xəstəxanada müayinə olunmağım təmin edildi. Təəssüf ki, Bakıdakı diaqnoz təsdiqləndi və müalicəmə başladım. Artıq kimya terapiya müalicəsinin ilk mərhələsini qardaş ölkədə aldım. Bütün bu günlərdə dövlətin diqqətini hər an hiss etdim.

 

Bu diqqət üçün Azərbaycan Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xüsusi təşəkkür edirəm. Bir insan üçün həyatının təhlükə qarşısında qaldığı anlarda üz tutacağı Dövləti, dəstəyi olmasını bilməsi çox böyük güvəndir.

 

Ən çətin anımızda illərlə xidmət etdiyimiz Dövlətimiz, Prezidentimiz bizi tək qoymur. Bu dəfə də belə oldu.

 

Bir daha Cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyevaya, bu müraciəti dərhal diqqətə çatdıranlara, hər gün yanımda olan əziz kollektivimə və media ictimaiyyətinə minnətdaram. Mən bu sevgini görəndən sonra artıq xərçəngə qalib gəldiyimi sanıram. Sizlərin sayəsində...”

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib