"Hazırda müxtəlif müəssisələr tərəfindən həftəlik təxminən 500 qaziyə psixoloji yardım göstərilir" - Fuad İsmayılov
20.04.2021 14:17

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov qazilər və şəhid ailələrinə xidmət göstərən Psixoloji Mərkəzlərin fəaliyyəti haqqında müsahibə verib.

 

Aztibb.az Səhiyyə Nazirliyinə istinadən həmin müsahibəni təqdim edir. 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji dəstək məqsədi ilə Səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə Komissiya yaradılmışdı. Hərbçilərə və şəhid ailələrinə psixoloji yardım göstərəcək mərkəzlərin yaradılması barəsində göstərişlər verilmişdir.

 

1. Hazırda bu mərkəzlər fəaliyyətə başlayıbmı?

 

Hazırda Bakı şəhərində və bölgələrdə bütün mərkəzlər fəaliyyətə başlayıb. Bu vacib, geniş miqyaslı iş Nazirlər Kabinetinin qərarından sonra iki ay müddətində öz həllini tapdı. Bildiyiniz kimi bu qərarın həyata keçirilməsinə rəhbərlik Səhiyyə Nazirliyinə həvalə olunmuşdur. Səhiyyə Nazirliyi tərəfindən Psixi Sağlamlıq Mərkəzinin başçılığı ilə koordinasiya qrupu yaradıldı. Mütəxəssis seçimi, müəssisə seçimi, təlimlərin təşkili, elektron baza məlumatların işlənməsi, digər dövlət qurumları ilə əməkdaşlığın koordinasiyası və hesabat sistemi kimi mühim addımlardan ibarət fəaliyyət planı işlənib hazırlanmışdır. Bu müddət ərzində FHN, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, ƏƏSMN və digər dövlət strukturlarının nümayəndələri ilə çox saylı görüşlər keçirilmişdir. Görülən işlərin nəticəsində 15 martdan etibarən psixoloji yardım mərkəzləri qazi və şəhid ailələrinə xidmət göstərməyə başlamışlar.

 

 

2. Mərkəzlər hansı ərazi üzrə fəaliyyət göstərir?

 

Psixoloji yardım mərkəzləri Ağdam, Şəki, Şirvan, Lənkəran və Quba şəhərlərində mərkəzi rayon xəstəxanalarının ambulator şöbəsində yaradılmışdır. Həmin mərkəzlər Gəncə şəhərində 6 saylı, Sumqayıt şəhərində 3 saylı poliklinikada yerləşir. Bakı şəhəri üzrə psixoloji yardım mərkəzləri ATU-nin Tədris Terapevtik Klinikasının nəzdində, Xətai rayonu 7 saylı poliklinika, Yasamal rayonu 16 saylı poliklinika və Qaradağ rayonu 19 saylı BŞX- da fəaliyyət göstərir. Bununla yanaşı Psixi Sağlamlıq Mərkəzinin mütəxəssisləri aktiv şəkildə psixoloji yardım göstərməkdə iştirak edirlər. Bütün mərkəzlərin iş prinsipi ərazi üzrə işlənmişdir, yəni hər mərkəz yaxın rayonlarda yaşayan qazilərə yardım göstərir.

 

3. Müraciət forması necə aparılır?

 

İstənilən müraciət edən qazi və şəhid ailəsi üzvünə yardım göstərilir. Həmçinin onlar digər dövlət qurumları tərəfindən də yönləndirilə bilər. Məsələn, onlar FHN-nin 112 qaynar xətt xidməti tərəfindən yönləndirilə bilər. Eyni zamanda yönləndirməni ərazi poliklinikası, sosial xidmətlər və digər qurumlar yerinə yetirir.

 

4. Neçə qazimiz hazırda bu mərkəzlərdə müalicə alır?

 

Hazırda müxtəlif müəssisələr tərəfindən həftəlik təxminən 500 qaziyə yardım göstərilir. Bunların 2/3 hissəsi ilkin, 1/3 hissəsi təkrar müraciətlər təşkil edir. Müasir prinsiplərə əsasən psixoloji yardım 3 növdə göstərilir - təcili və ya ilkin psixoloji yardım FHN mütəxəssisləri tərəfindən, orta müddətli yardım, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən və uzun müddətli yardım (psixososial reabilitasiya) Əmək və Əhali Sosial Müdafiə Nazirliyinin müəssisələrində göstərilir

 

5. Hansı gələcək planlar var ?

 

Gözləyirik ki, aktiv psixoloji yardım və pasiyentlərin sağalması prosessi nəticəsində bu yardıma təlabat azalacaq. Psixoloji yardıma ehtiyacı olan qazilərin sayı da azalacaq. Eyni zamada qazilərin bir hissəsinin uzun müddətli psixoloji dəstəyə ehtiyacı qalacaq. Həmçinin qazilərin sayı azaldıqca bizim mütəxəssislər işsiz qalmayacaq. Cəmiyyətdə həmişə psixoloji çətinliklərlə üzləşən çox insan var. Perspektiv olaraq bu mərkəzlər həmin şəxslərə aktiv şəkildə yardım göstərə bilərlər. Fikrimcə tək böyük şəhərlərdə deyil, ölkənin hər rayonunda psixoloji yardım mərkəzləri yaradılmalıdır.

 

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Qazaxda ana və körpənin həyatı xilas edilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb