Əlilliyin təkrar qiymətləndirilməsi üçün bir qrup şəxsin müayinəsi aparılıb - FOTO
20.04.2021 11:33

Hərbi səbəblərlə əlaqədar əvvəlki dövrlərdə təyin edilmiş əlillik müddəti başa çatan, yaxud əlillik sənədlərində çatışmazlıq və ziddiyyətlər olduğu aşkar edilən daha bir qrup şəxsin əlilliyinin özlərinin iştirakı ilə təkrar qiymətləndirilməsi üçün əyani müayinələri aparılıb.

 

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən verilən məlumata görə, əyani müayinələr aidiyyəti qurumların nümayəndələrinin təmsil olunduğu komissiya tərəfindən həyata keçirilir. Müayinələrin şəffaf və obyektiv keçirilməsi təmin olunur, videoçəkilişləri aparılır. Komissiya üzvləri ilə yanaşı, vətəndaş cəmiyyətləri institutunun nümayəndələri də müayinələrə dəvət edilir.  

 

Müayinəsi aparılan bir neçə şəxsin əlilliklərinin uzadılması qərara alınıb. Lakin ayrı-ayrı şəxslərin əlillik sənədlərində onların sağlamlıq durumuna münasibətdə ziddiyyətlərin olduğu aşkar edilib. Habelə vaxtilə tərtib olunmuş xəstəlik diaqnozlarının, eləcə də mövcud sağlamlıq vəziyyətlərinin əlillik təyinatı üçün əsas yaratmadığı müəyyən olunub. 

 

Qeyd edək ki, komissiyanın fəaliyyətində ən vacib prinsip həqiqətən əlilliyi olan, haqqı çatan şəxslərə əlillik təyinatlarının aparılması, yanlış, əsassız olaraq hərbi səbəblərlə əlaqədar əlillik təyinatlarının ləğv edilməsi, hərbi səbəblərlə əlaqədar əlillik təyinatında şəffaflığın və obyektivliyin tam təmin edilməsidir.  

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib