Tamilla Əliyeva: “COVID-19-a yoluxduqdan sonra peyvəndin ikinci dozasının vurulmasına ehtiyac qalmır”  
20.04.2021 09:53

"Hazırda ölkəmizdə COVID-19 xəstəliyi əleyhinə vaksinasiya prosesi davam edir. Birinci dozanı vurduran insanlar arasında koronavirusa yoluxanlar da var".

 

Aztibb.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva deyib. O, bildirib ki, bu faktı nəzərə alaraq bir çox suallar ortaya çıxır: "Peyvənddən sonra virusdan qorunmaq lazımdırmı, yoluxan zaman ikinci dozanı qəbul etmək olarmı? Ümumiyyətlə, peyvəndin birinci dozasını vurduran insanlar özlərini virusdan necə qorumalıdır? Nəzərə almaq lazımdır ki, peyvəndin ilk dozasını qəbul etdikdən sonra orqanizmdə virusa qarşı müdafiə dərhal yaranmır. COVID-19-a qarşı vaksinlərin hamısı bir neçə həftə fasilə verməklə, iki dozada qəbul edilməsini tələb edir. Dozalar arasındakı müddətdə yoluxma riski yüksək olaraq qalır. İlk dozanı qəbul etdikdən yalnız 2 həftə sonra siz müdafiə olunmağa başlayırsınız, peyvənddən maksimal effekt isə ikinci dozadan sonra meydana gəlir. İnsan orqanizminə immuniteti formalaşdırmaq üçün müəyyən qədər vaxt lazım olduğundan, bu dövrdə koronavirusa qarşı təhlükəsizlik qaydalarına tam və ciddi surətdə riayət etmək mütləqdir". 

 

Şöbə rəisi qeyd edib ki, ilkin dozadan sonra koronavirusa yoluxmadan şübhələndikdə mütləq COVID-19 testindən keçmək lazımdır: "Bəzən peyvənddən sonra insanlarda yorğunluq və qızdırma kimi əlamətlər olur, bunlar virusun əlamətlərinə oxşar olduğu üçün yalnız test sizə düzgün nəticəni verəcək. Əgər testin cavabı pozitiv çıxarsa, deməli, siz peyvəndin birinci dozasından sonra COVID-19-a yoluxmusunuz. Dərhal özünüzü təcrid edin və həkimə müraciət edin. Bu zaman həkimə peyvəndin ilk dozasını qəbul etdiyiniz barədə məlumat verin. Koronavirusa yoluxduqdan sonra peyvəndin ikinci dozasının vurulmasına ehtiyac qalmır. Yaxud ikinci doza uzun müddətə təxirə salınır. Əgər COVID-19 xəstəliyinə qarşı peyvəndin birinci dozası vurulduqdan sonra kəskin respirator xəstəlik keçirsəniz, sağaldıqdan sonra peyvəndin ikinci dozasını ala bilərsiniz". 

 

T.Əliyevanın sözlərinə görə, peyvəndin ilk dozasını qəbul etmiş insanlar koronavirusa yoluxduqda, vaksinasiyadan keçməmiş xəstələr kimi müalicə olunur: "Bu xəstələr də gigiyenik qaydalara riayət etməli və təcrid olunmalıdırlar. Tibbi maska, karantin və sosial məsafə yenə ön plandadır. Birinci dozadan sonra orqanizmdə heç bir dəyişiklik olmazsa, ikinci dozanı 28 gündən sonra qəbul etmək olar. Birinci və ikinci dozalar arasında fasilə 1 aya qədər uzadıla bilər".

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Qazaxda ana və körpənin həyatı xilas edilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb