Rusiya Səhiyyə Nazirliyi COVID-19-a qarşı Çin vaksininin sınaqlarına razılıq verib
17.08.2020 15:36

Rusiya Səhiyyə Nazirliyi yeni növ koronavirusa qarşı “CanSino Biologics Inc” şirkəti tərəfindən hazırlanmış vaksinin tədqiqinin üçüncü mərhələsinin Rusiyada “Petrovaks” biofarmasevtika şirkəti tərəfindən həyata keçirilməsinə razılıq verib.


Aztibb.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat RF Səhiyyə Nazirliyinin Dərman Preparatlarının Dövlət Reyestrinin saytında dərc edilib.

Reyestrin saytında deyilir: “Klinik tədqiqatın məqsədi yeni koronavirus infeksiyasına qarşı rekombinant vaksinin yaşlı könüllülər arasında effektivliyini, reaksiyaya davamlılığını və təhlükəsizliyini sınaqdan keçirib qiymətləndirməkdir. Klinik sınaqların üçüncü mərhələsi başlanacaq”.

Tədqiqatları Rusiyanın Yaroslavl, Sankt-Peterburq, Moskva və Yekaterinburq şəhərlərindəki səkkiz tibbi təşkilatda keçirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, “CanSino Biologics Inc” şirkəti 2020-ci ilin mart ayında dünyada birinci olaraq koronavirusa qarşı vaksinin insanlar üzərində sınaqlarına başlayıb. Vaksinin klinik sınaqlarının iki mərhələsi uğurlu olub. Çində keçirilmiş birinci mərhələdə 108 könüllü iştirak edib. Sınaqların ikinci mərhələsi Çinin Hubey əyalətindəki Uhan şəhərində 508 nəfərin iştirakı ilə keçirilib.

 

“Vaksinin immunogenliyi və təhlükəsizliyi baxımından tədqiqatların ikinci mərhələsinin nəticələri iyulun 20-də resenziyalaşdırılan “The Lanset” tibb jurnalında dərc edilib. Vaksinin bir dəfə yeridilməsi təhlükəsiz olub və sınaqda iştirak edənlərin əksəriyyətində immun cavabına səbəb olub. İlk 14 gün ərzində pasiyentlərdə immun cavabı müşahidə olunub, 28 gün ərzində tədqiqat iştirakçılarının əksəriyyətində əhəmiyyətli humoral və toxuma immun cavabı yaranıb. Qeyd etmək lazımdır ki, klinik tədqiqatlar üçün vaksinləşdirmənin bir dəfə aparılması üsulu seçilib. 

Şirkətdən bildiriblər ki, bu vaksin Rusiyada qeydiyyata alınandan sonra “Petrovaks” bu preparatı Moskva vilayətindəki bölmələrində istehsal etməyə hazır olacaq. Vaksinin Rusiya bazarına, habelə MDB üzvü olan digər ölkələrə göndərilməsi planlaşdırılır.


“Petrovaks” Farm şirkətinin prezidenti Mixail Sferov deyib: “COVID-19-a qarşı mübarizə 2020-ci ildə “Petrovaks”ın prioritet məqsədidir. Biz vaksinlərin yaradılması və istehsalı sahəsində şirkətimizin topladığı çoxillik təcrübəni bütün cəmiyyətin rifahı üçün tətbiq etməyə çalışırıq. Şirkətimiz koronavirus infeksiyasına qarşı vaksin hazırlanmasında dünya liderlərindən biri olan “CanSinoBİO” ilə əməkdaşlıqdan məmnundur. Kilinik tədqiqatların üçüncü mərhələsinə başlamazdan əvvəl komandalarımız aylar boyu gərgin iş aparıb. Bu, beynəlxalq tərəfdaşlığın gözəl nümunəsdir. Belə tərəfdaşlıq genişlənir və yeni-yeni ölkələri əhatə edir”.

Xatırladaq ki, avqustun 11-də Rusiya dünyada birinci olaraq koronavirus əleyhinə vaksini qeydiyyata alıb. “Sputnik V” adlanan bu preparat RF Səhiyyə Nazirliyinin N.F.Hamalei adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzində yaradılıb, iyun və iyul aylarında kilinik sınaqlardan keçirilib. Preparat bir sıra başqa vaksinlərin yaradıldığı məlum platformaya əsaslanır. Avqustun 15-də RF Səhiyyə Nazirliyində bu preparatın istehsalına başlanması barədə məlumat verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır