Millət vəkili: "Həssas qrupdan olan insanlara psixoloji dəstəyin daha da artacağına ümid edirik"
19.04.2021 13:09

Azərbaycanda həssas qrupdan olan insanlara xüsusi diqqət və qayğı göstərilir. Dövlətimiz tərəfindən bu istiqamətdə davamlı siyasət yürüdür. Azərbaycanın bu sahədə özünəməxsus təcrübəsi var.

 

Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova sosial işçilər və psixoloqlar üçün təşkil olunan təlimlərin açılışı zamanı bildirib.

 

B.Muradova deyib ki, həssas qrupdan olan insanların sayı münaqişə və müharibə nəticəsində daha da artıb. Hökumət bir sıra tədbirlər həyata keçirir. Münaqişə, müharibə və pandemiya şəraitində sosial işçilər və psixoloqlar üçün təlimlərin təşkili xüsusi aktuallıq kəsb edir.

 

Dövlətimiz tərəfindən uşaq strategiyası və məişət zorakılığı ilə bağlı mühüm qərarların qəbul edildiyini diqqətə çatdıran komitə sədri həssas qrupdan olan ailələrin problemlərinin vacibliyini qeyd edib. O deyib: “Psixo-sosioloji işlərin aparılması çox vacibdir. Bu istiqamətdə AQUPDK da öz üzərinə düşən vəzifələrin öhdəsindən gəlməyə çalışır. Komitə əməkdaşları 44 günlük Vətən müharibəsi dövründə erməni silahlı qüvvələrinin mülki əhalini hədəfə alması nəticəsində ziyan dəymiş çəkən Goranboy, Ağdam və Tərtər rayonlarında 1400 ailəni ziyarət ediblər. Bundan başqa, 165 şəhid ailəsinə tərəfimizdən psixoloji dəstək göstərilib”.

 

Bahar Muradova həssas qrupdan olan insanlara təlimlər vasitəsilə psixoloji dəstəyinin daha da artacağına ümid etdiyini bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib