Müharibə iştirakçılarının tibbi xidmətlər əldə etmələri üçün hər cür qayğı göstərilir  
18.04.2021 20:28

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən İkinci Qarabağ müharibəsinin iştirakçılarına və şəhid ailələri üzvlərinə xüsusi diqqət göstərilir və onlar icbari tibbi sığortanın Xidmətlər zərfi çərçivəsində tibbi xidmətlər əldə etmələri üçün hər cür qayğı ilə təmin edilir.

 

Bu fikirləri xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş III “Fərqli Fərdlər” Konqresində agentliyin vətəndaş müraciətləri və sənədlərlə iş departamentinin koordinatoru Nərgiz Hacıyeva deyib. Bildirib ki, 2020-ci ilin dekabr, 2021-ci ilin yanvar və fevral ayları ərzində İkinci Qarabağ müharibəsinin iştirakçıları və şəhid ailəsi üzvlərinə icbari tibbi sığortanın Xidmətlər zərfi çərçivəsində ümumilikdə 13 min 158 tibbi xidmət göstərilib. Xidmətlərin 10 min 962-si ambulator, 2 min 196-sı isə stasionar şəraitdə göstərilib. Tibbi xidmətlər almış 2 min 172 nəfərin 1754-ü müharibə iştirakçısı, 418-i isə şəhid ailəsi üzvü olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib