ATU-nun kafedra müdiri beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
18.04.2021 14:51

Türkiyənin paytaxtı Ankara şəhərində VI Beynəlxalq Tibb və Səhiyyə Elmləri Araşdırmaları Konqresi keçirilib.

 

Aztibb.az xəbər verir ki, tədbirin əsas məqsədi müxtəlif ölkə alimləri tərəfindən tibb və səhiyyə sahələrində əldə olunmuş son elmi-praktiki yeniliklərlə tanışlıq olub.

 

Konqresdə Türkiyənin aparıcı universitetlərinin (Atatürk, İstanbul, Cərrahpaşa, Yozgat Bozok, Sakarya, Hatay Mustafa Kamal, Yükses İxtisas və Kocaeli universitetləri) əməkdaşları ilə yanaşı, Danimarka, Serbiya və digər ölkələrdən olan tədqiqatçılar məruzələrlə çıxış ediblər. Tədbirdə ümumilikdə 32 bölmə üzrə 320 məruzə dinlənilib.

 

Azərbaycan Tibb Universitetinin (ATU) kafedra müdiri, professor Eldar Qasımov beynəlxalq elmi konfransda “β -talassemiyalı xəstələrdə ferritinin və onun denaturasiya olunmuş formalarının elektron mikroskopik quruluş xüsusiyyətləri və fiziki parametrləri” mövzusunda məruzəsini təqdim edib.

 

Məruzəçi β-talassemiyalı xəstələrin diş ətindən götürülmüş biopsiyalarda təbii ferritin nanohissəciklərinin ancaq elektron mikroskopun 100 mindən çox böyüdücülərində aşkar edildiyini müvafiq slaydlarla nümayiş etdirib.

 

Qeyd olunub ki, ilk dəfə “İntensivlik profili” kompüter proqramından istifadə edərək (İTEM - Olympus, Yaponiya, Almaniya) TİF variantında çəkilmiş elektronoqrammalarda ferritin nanohissəciklərinin özlərinin və onların denaturasiyası zamanı formalaşan hemosiderin toplantılarının fiziki parametrləri müəyyən edilib. β -talassemiyali xəstələrdə inkişaf edən xroniki sklerotik qinqivitli xəstələrin kəskinləşmə fazasında diş ətinin təşkilində iştirak edən strukturlarda ferritin nanohissəcikləri ilə yanaşı, hemosiderinin miqdarlarının kəskin surətdə artması müqayisəli olaraq göstərilib.

 

E.Qasımov orqanizmin dəmir elementləri ilə yüklənmə dərəcəsini müəyyən etmək üçün xəstələrin həyatı üçün təhlükə yaradan ürək və qaraciyərdən deyil, biopsiya materialının diş ətindən götürülməsinin daha məqsədəuyğun olduğunu bildirib.

 

ATU əməkdaşının çıxışı beynəlxalq konqes iştirakçıları tərəfindən maraqla qarşılanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib