Viruslu xəstələrdə tromb riski...
17.08.2020 13:19

Əgər siz vaxtından əvvəl bədəninizdə tromb təhlükəsi olduğunuzu bilsəniz, özünüzün və doğmalarınızın həyatını qurtara bilərsiniz. Medicina.az bütünlükdə sizdə tromb olduğunu göstərən 6 əsas simptomu təqdim edir.

 

1. Aşağı ətraflardan birinin şişməsi, ödemi

 

Bu vəziyyət dərin venalarda tromboz olanda baş verir. Nəticədə bədənin müəyyən hissəsinə qan axını pozulur, qan dövranı pozulur və həyati vacib daxili orqanlar oksigenlə təmin olunmur.

 

2. Ayaqlarda ağrılar

 

Trombozun ümumi əlamətlərindən biri də ayaqlarda uyuşma, sanki qarışqa gəzməsi, iynəbatırma hissi, ağırlıq, müntəzəm ağrılardır.

 

Ona görə ayaqlarda istənilən şiş, ağrı, göyərmə və s. diqqətli olun.

 

3. Dəridə qəribə qırmızı xətlər, sahələr

 

Göyərmə trombun əlamətidir. Bunu çoxu bilir. Amma qırmızı xətlər, sahələr və venalara paralel belə qızartılar, adi dəri qızarması deyil. Bu, göyərmədən də təhlükəlidir. Belə halda dərhal həkimə müraciət edin.

 

4. Döş qəfəsində dərin nəfəs alan zaman ağrı

 

Əgər dərin nəfəs alıb verərkən sinədə ağırlıq, ağrı hissi varsa, bu o deməkdir ki, qatı qan kütlələri artıq ağciyərləri təmin edən iri damarlara doğru gedir. Bu əlamət ölümcül təhlükədən xəbər verir. Yəni istənilən vaxt tromb nəfəsi tıxaya bilər. Təcili həkimə getməlisiz

 

5. Təngnəfəslik

 

Söhbət ağır yük qaldıranda, 10 mərtəbəni çıxarkən təngnəfəslikdən getmir. Tromb zamanı səbəbsiz təngnəfəslik olur. Bu o deməkdir ki, qan laxtası ağciyərlər ətrafındadır. Bu zaman xəstədə başgicəllənmə də olur.

 

6. Səbəbsiz və keçməyən öskürək

 

Qrip, bronxit olmadan öskürmək, hərarətsiz öskürək, heç bir dərmanın təsir etmədiyi halda əgər ağiyərlərin rentgeni də təmiz çıxıbsa, deməli ürək-damar sistemində tromb var və bu ürək ritmini dəyişərək tənəffüsə təsir edir.

 

Quru öskürək zamanı döş qəfəsi də ağrıyırsa, təngnəfəslik, nəfəs tıxanması varsa, trombdan şübhələnmək lazımdır.

 

Əgər bu 6 əlamətdən azı 3-ü sizdə varsa, tromba qarşı hərəkətə keçib, müayinə və müalicə olunmağın vaxtıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır