Bəzi şirkətlər "AstraZeneca" ilə bağlı böyük bir təbliğat oyunu aparır - AÇIQLAMA
17.04.2021 10:42

"AstraZeneca" qat-qat yüksək texnologiyada hazırlanmış peyvənddir və kifayət qədər yüksək effektivliyə malikdir.

 

Aztibb.az-ın məlumatına görə, bunu tibb elmləri doktoru Adil Qeybulla deyib. Onun sözlərinə görə, sözügedən peyvənd digərlərindən ucuz olduğu üçün, müəyyən şirkətlər kommersiya məsələlərinə toxunur: "Mən hesab edirəm ki, vaksinin kifayət qədər ucuz olması, müəyyən kommersiya məsələlərinə toxunur, bu səbəbdən bəzi şirkətlər böyük bir təbliğat oyunu aparır. İnsanlar nədənsə elə koronavirusun başladığı ilk gündən daha çox yalan informasiyaların dalınca gedirlər".

 

A.Qeybulla bildirib ki, Britaniyada milyonlara insan bu vaksindən peyvənd olunub: "Bəli, əks-təsirə məruz qalanlar da olub və belə müəyyən edilmişdir ki, trombositlərin sayı aşağı olan bəzi insalarda beyinin əsas venalarında tromboz halları baş verir. Bu da öz növbəsində insultlara gətirib çıxara bilər. Belə bir problemi olan şəxslər isə ən azından qabaqcadan yoxlana və həmin xəstə ilə bağlı müəyyən tədbirlər görülə bilər. Ancaq yenə də vurğulamaq lazımdır ki, bu problem kütləvi halda deyil".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib