Azərbaycanda koronavirusa qarşı peyvənd istehsalı nəzərdən keçirilir
16.04.2021 10:23

Yaxın vaxtlarda Bakıya 100 min dozadan artıq koronavirusa qarşı "Sputnik V" peyvəndi gətiriləcək.

 

Aztibb.az-ın TASS-a istinadən məlumatına görə, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Sankt-Peterburqda Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda koronavirusa qarşı Rusiya peyvəndlərinin istehsalı məsələsi nəzərdən keçirilir.

 

"Aprel-may aylarında 100 mindən çox doza "Sputnik V" peyvəndinin gətirilməsi ilə bağlı razılıq əldə olunub. Çünki pandemiyanı dayandırmağın yeganə yolunun kütləvi peyvəndləmə olduğunu yaxşı bilirik.

 

Biz yalnız peyvəndlər tədarük etməyə hazırlaşmırıq, həm də bildiyim qədəri ilə Azərbaycanda bu peyvəndlərin istehsalına dair məsələyə baxılır. Bu da kütləvi peyvəndləmənin sürətlənməsinə və bəlkə də peyvəndlərin başqa ölkələrə ixracına imkan verəcək".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib