Azərbaycanda sağlamlığa zərər yetirməyən kartof fri və çipsi istehsal ediləcək
16.04.2021 12:27

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının onlayn iclasında “TAK NOOSH GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) YT Parkda rezident kimi qeydiyyata alınması üçün təqdim edilən layihənin müzakirəsi keçirilib.

 

İclasda əvvəlcə “TAK NOOSH GROUP” MMC-nin nümayəndəsi Şərarə Niktaq kartof fri və çipsi istehsalının təşkili yönümlü investisiya layihəsi haqqında məlumat verib. Bildirib ki, bu layihə müəssisənin istehsal xərclərinin minimuma endirilməsi, kommunal xərclərin azaldılması və müasir texnologiyaların tətbiqi ilə kartof emalı sahəsinin yaradılmasını hədəfləyir, eyni zamanda yüksək keyfiyyətli məhsul istehsalını planlaşdırır.

 

Əhalinin ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına təmin olunmasının iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil etdiyini vurğulayan Ş.Niktaq layihə çərçivəsində istehsal olunacaq məhsulun əhalinin ərzaq rasionunda başlıca yer tutan məhsullardan hesab edildiyini və onlara daxili bazarda hər zaman tələbat olduğunu diqqətə çatdırıb.

 

Hazırda Azərbaycanda bu məhsulların istehsal olunmadığını deyən şirkət nümayəndəsi gələcəkdə AMEA-nın Botanika İnstitutu ilə əməkdaşlıq edərək kartof fri və çipsi üçün yararlı kartof növünün yetişdirilməsinin nəzərədə tutulduğunu deyib. O, palma kimi zərərli yağlardan istifadə etmədən keyfiyyətli məhsulların istehsal olunacağını söyləyib. Eləcə də uşaqlar üçün xüsusi kateqoriya üzrə çipsi və frilərin hazırlanmasının nəzərdə tutulduğunu vurğulayıb.

 

Müzakirələrdə iştirak edən Ekspertlər şurasının üzvləri akademik Vaqif Fərzəliyev, AMEA-nın müxbir üzvləri Oqtay Səmədov, Bəxtiyar Məmmədov və tex.ü.f.d., dosent Rəşid Ələkbərov məhsulun ekoloji təsirləri, xammalın və hazır qidanın keyfiyyətinə nəzarət, eləcə də texnoloji prosesin effektiv idarə olunması ilə bağlı suallarla çıxış ediblər.

 

Sonra “TAK NOOSH GROUP” MMC-nin YT Parkın rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusu verilməsi qərara alınıb.

 

Sonda çıxış edən “TAK NOOSH GROUP” MMC-nin direktoru Ramin Tabibian ölkədə sahibkarlara əlverişli investisiya mühiti yaradıldığı üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirib və YT Parkla əməkdaşlığın davamlı olacağını vurğulayıb. O, həmçinin yaradılan tərəfdaşlıq imkanlarına görə AMEA rəhbərliyinə təşəkkürünü bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib