Hamiləlik zamanı çəkiyə nəzarət niyə vacibdir? – Tədqiqat
17.08.2020 11:54

Nyu-York Universitetinin Qrossman Tibb Məktəbinin tədqiqatçıları bildirirlər ki, ana olmağa hazırlaşan qadınlarda piylənmə hamiləliyin ikinci trimestrindən başlayaraq uşaqların beyninin inkişafına mane ola bilər.

 

Aztibb.az meddaily.ru-ya istinadla xəbər veriri ki, ekspertlər bədən kütlə indeksi (BKİ) 25-dən 47-yə qədər olan 109 qadını tədqiqata cəlb ediblər. Qəbul edilmiş normalara əsasən, BKİ 25 və ondan yuxarı olduqda "artıq çəki", 30 və daha yüksək olduqda isə "piylənmə" hesab olunur. Tədqiqatda iştiak edən qadınlar hamiləliyin 6-9 ayında olublar. Araşdırma zamanı dölün beyni skan edilib və anaların BKİ-si ölçülüb.

 

Yeni tədqiqatda uşaqlarda beyninin iki sahəsində baş verən dəyişikliklər ananın yüksək BKİ-si ilə əlaqələndirilib. Bu sahələr qərarların qəbul olunması və davranışda əsas rolu oynayır.

 

Qeyd edək ki, bundan öncə qeyd olunan beyin sahələrində rast gəlinən nasazlıqlar diqqət çatışmazlığı sindromu, autizm və çox yeməyə meyilliliklə əlaqələndirilirdi.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub