Türkiyə dünyanın 30-dan çox şəhərinə uçuşları bərpa edir
17.08.2020 11:09

Koronavirus pandemiyası səbəbindən xarici uçuşlarını tədricən artıran “Türk Hava Yolları” aviaşirkətinin uçuşların bərpası ilə bağlı sentyabr ayına nəzərdə tutulan planı açıqlanıb.

 

Aztibb.az haberler.com-a istinadən xəbər verir ki, plana əsasən şirkət sentyabrın 1-dən etibarən İranın Tehran, Şiraz, Təbriz və Məşhəd, Rusiyanın Krasnodar, Soçi və Kazan, Kanadanın Vankuver, Estoniyanın Tallin, Latviyanın Riqa, Gürcüstanın Batumi və Tbilisi, Vyetnamın Hanoy və Hoşimin, Səudiyyə Ərəbistanının Dammam və Ər-Riyad, Əlcəzairin Konstantin və Oran, Əfqanıstanın Məzari-Şərif, İraqın Süleymaniyə, Hindistanın Mumbay və Dehli, İordaniyanın Amman, Türkmənistanın Aşqabad, Monqolustanın Ulan-Bator, Yunanıstanın Saloniki, Mərakeşin Fəs, Omanın Maskat, Nigeriyanın Abuca və Laqos, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi, Cənubi Afrikanın Keyptaun, Yohannesburq və Durban və dünyanın digər şəhərlərinə uçuşlar həyata keçirəcək.

 

“Türk Hava Yolları”nın açıqlamasında istifadə edilməyən biletlərin dəyişdirilməsi ilə bağlı şirkətin rəsmi internet səhifəsində ətraflı məlumatın verildiyi bildirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır