Yeni Zelandiya koronavirus pandemiyasına görə ümumi seçkiləri oktyabradək təxirə salıb
17.08.2020 11:03

Yeni Zelandiyada yayılan koronavirus pandemiyasına görə ümumi seçkilər bir ay müddətinə təxirə salınaraq, oktyabrın ortalarında keçiriləcək.

 

Aztibb.az xəbər verir ki, bu barədə Baş nazir Casinda Ardern avqustun 17-də Vellinqtonda keçirilən mətbuat konfransı zamanı bəyan edib. Bildirilir ki, sentyabrın 19-da keçirilməsi nəzərdə tutulan seçkilər COVID-19 virusuna yoluxanların sayının artması səbəbindən oktyabrın 17-də baş tutacaq.

 

“İstəyirəm ki, seçicilərin partiyalar və namizədlər barədə tam informasiya almasına şərait yaradan seçkilər yaxşı təşkil edilsin və gələcəyə böyük inam yaratsın”, - deyə C.Ardern bildirib. Əlavə edib ki, dörd həftəlik fasilə bütün tərəflərə öz seçki kampaniyasını daha fəal təşkil etməyə şərait yaradacaq. Baş nazir, həmçinin bildirib ki, seçkilərin vaxtının dəyişdirilməsi barədə əlavə göstəriş olmayacaq.

 

Yeni Zelandiya əhalisi arasında virusun yeni yayılması barədə xəbərlər ötən həftə, ölkədə son yoluxma halının qeydə alınmasından 100 gün keçdikdən sonra yayılıb.

 

Ötən həftənin cümə günü C.Ardern Oklend şəhərində 3-cü dərəcəli məhdudiyyətlərin daha iki həftə davam edəcəyini bəyan edib. Yeni Zelandiyanın digər ərazilərində isə 2-ci dərəcəli məhdudiyyətlər avqustun 27-də başa çatacaq.

 

Qeyd edək ki, son məlumatlara görə, Yeni Zelandiyada koronavirusa 1280 yoluxma halı qeydə alınıb və yoluxanlardan 22-si həyatını itirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır