COVID-19 keçirən şəxslər bu qaydalara riayət etməklə oruc tuta bilərlər - Həkimdən tövsiyələr  
14.04.2021 12:55
“Ağciyər pnevmoniyası 30-40%-dən çox olanlar COVID-19 xəstəliyi keçirdikdən sonra azı 3 ay oruc tuta bilməzlər. Bu şəxslərin tez-tez qidalanması və bol maye qəbul etməsi lazımdır.”
 
11 ayın sultanı, müqəddəs Ramazan ayının ilk günü. Ramazan - saflıq, paklıq, təmizlik ayı olmaqla yanaşı, həm də sağlamlıq ayıdır. Çünki oruc tutmaq bəzi xəstəliklərin də müalicəsi hesab edilir. Bəs mövcud pandemiya rejimində kimlər oruc tuta bilər? Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim infeksionisti Mədinə Abdullayeva AZTV-nin “Səhər” proqramına müsahibə verib. 
 
O, bildirib ki, orta və ağır dərəcədə COVID-19 keçirən insanlara ilk 3 ayda oruc tutmaq tövsiyə olunmur. Xroniki xəstəlikləri olan insanların oruc tutması da müəyyən problemlərə yol aça bilər. COVID xəstəliyindən tam sağalan şəxslər isə oruc tutarkən həm sahurda, həm iftarda öz rasionlarında bol maye, vitaminlər və karbohidratlara üstünlük verməli, protein balansını düzgün nizamlamalıdırlar. 
 
"Xüsusilə tərkibində C vitamini olan zəngin qidalar qəbul etmək lazımdır ki, immunitet zəifləməsin", - deyə həkim əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib